Azərbaycanda ötən il məhkum olunan şəxslərin sayı açıqlanıb.
PİA.az APA-ya istinadən bildirir ki, 2019-cu il ərzində məhkəmə qərarları ilə 12 945 nəfər məhkum edilib.
Onlardan 6002 nəfəri barəsində azadlıqdan məhrumetmə qərarı çıxarılıb.
Məhkumlardan 12 374 nəfəri kişi, 571 nəfəri qadındır.
14-17 yaş arasından olan məhkumların sayı isə 288 olub.
pia.az