Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda insult olanların sayı artıb 

Həkim səbəbi açıqladı...

Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Əvvəllər bu xəstəlik yaşı 60-dan yuxarı şəxslərdə müşahidə olunurdusa, indi daha aşağı yaşlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Hətta bu xəstəlikdən ölüm sayı da artıb.

Poliqon.info "Medicina"-ya istinadən xəbər verir ki, axar.az-a açıqlama verən nevroloq Qalib Əsədov bildirib ki, insult xəstəliyindən əziyyət çəkənlərin sayının kəskin şəkildə artmasının əsas səbəbi stresdir.

"Son dövrlərdə insanlar çoxlu miqdarda neqativ emosiyalar alırlar. Həyəcan, gərginlik, gündəlik həyat tərzimiz də insultun başlıca səbəblərindən biridir. Əvvəllər bayramlarda insanlar kütləvi şəkildə pozitiv enerjiyə köklənirdilər. Bu günlərdə isə biz bayramları belə, könül xoşluğu ilə keçirə bilmirik. Bu cür gərginliyin fonunda təzyiq artır, qan dövranının pozulması ağır xəstəliklərə gətirib çıxarır.
Ətraflı
Ads by
2
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.

İkinci amil isə odur ki, canımızın qayğısına qalmırıq. Təzyiq varsa, haramızsa ağrıyırsa, baş ağrıyırsa, başgicəllənmə varsa, boş şeydir deyirik. Həkimə getməklə bağlı problem yaşayırıq. Ciddi problem olduqda belə, həkimə getmək əvəzinə, kimdənsə eşitdiyimiz türkəçarə üsullarına əl atırıq. O vaxt müalicəyə keçirik ki, xəstəlik artıq ciddiləşir, xəstə artıq insult keçirmiş olur", - Əsədov bildirib.

Nevroloq qeyd edib ki, xəstəliklərin artmasında digər məsələ qidalarımızdır:

"Azərbaycan mətbəxi çox zəngindir. Yağlı və duzlu yemək çeşidlərimiz boldur. Biz də bunlara diqqət etmədən çox yeyirik. Üstəlik, bizim həyat tərzimiz yarımoturaq keçir. Çox insan işi ilə əlaqədar bütün gün kompüter arxasında olur. Bu da qan dövranının pozulmasına, onurğa əyriliyinə səbəb olur. İnsanlar təmiz havada gəzməli, bacardıqca stresdən uzaq olmalıdır".

Poliqon.info


Etiket: insult həkim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Ən çox oxunanalar