Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk dəfə düyələrə embrion transfer edilib

Azərbaycanda ilk dəfə resipient düyələrə embrion köçürülməsi həyata keçirilib...

PİA.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, uğurlu köçürmə əməliyyatı Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində baş tutub.

Xüsusi olaraq bu məqsəd üçün Mərkəzə gətirilmiş 40 baş “Simmental” cinsindən olan düyələrdən 27-si embrion köçürülməsi üçün uyğun sayılıb. Hazırlıq prosesi tam yekunlaşdıqdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə 35 düyəyə embrion köçürülməsi həyata keçirilib.

Embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq tətbiq olunmayıb. Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı idi. Artıq belə fermaların sayının artması ilə respublikada embrion transferinə tələb formalaşıb.

Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanov bildirib ki, embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur: “Embrion transferi prosesini həyata keçirəcək 5 mütəxəssisimiz Almaniyada müvafiq kurslarda iştirak ediblər. Daha 5 yerli əməkdaşa isə Mərkəzə dəvət olunmuş alman mütəxəssis təlimlər keçib. Embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası başqa ölkələrdən damazlıq heyvan idxalından daha asan və ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayını dəfələrlə artırır”.

Respublika Süni Mayalanma Mərkəzi embrion transferi təcrübəsini Qarabağ atları üzərində də təcrübə etməyə hazırlaşır.

2023-cü ildən başlayaraq yerli süni mayalanma texnikləri və baytarlar embrion köçürülməsi ilə bağlı təlimlərə cəlb olunacaq. Təlimlərdə mütəxəssislərə embrion köçürülmüş heyvanlara qulluq, dölün inkişafını nəzarətdə saxlamaq, heyvandarlıqda müasir innovativ texnologiyaların tətbiqi üsulları öyrədiləcək.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Ən çox oxunanalar