Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda heyvanlar ilk dəfə hərraca çıxarılır

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Qobustan rayonunda inşa etdirdiyi müasir heyvandarlıq kompleksi istifadəyə verilib.

8 hektar ərazini əhatə edən kompleks sərgi salonu, satış mərkəzi, hərrac mərkəzi, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və digər funskional binalardan ibarətdir.

Bu baxımdan satış və hərrac mərkəzləri xüsusilə qeyd olunmalıdır. Burada ilk dəfə olaraq yerli damazlıq təsərrüfatlarda yetişdirilən cins heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da fermerlərə təklif olunur. Alqı-satqı, sığorta, lizinq, güzəşt prosesləri vahid mərkəzdə həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib ki, satış mərkəzi həftənin 6 günü, hərrac mərkəzi isə həftədə bir dəfə, saat 09:00-dan 18:00-a qədər işləyəcək.

“Adətən təchizatçı şirkətlər xaricdən gətirilən heyvanları baha satır. Lakin burada münasib qiymətə satış həyata keçirilir. Hərraca çıxarılan heyvanların satışı zamanı dövlətin tətbiq etdiyi 60 faizlik güzəşt məbləği qiymətdən çıxılır. Yerdə qalan 40%-i isə fermer ödəyir. Xarici damazlıq heyvanların subsidiyalaşmasının məqsədi yerli damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması, eyni zamanda cırlaşmanın qarşısının alınmasıdır. Yerli cins müəyyən müddətdən sonra məhsuldarlığını itirir. Damazlıq heyvanları yerli cinlərlə cinsləşdirəndə daha məhsuldar heyvan cinsləri yaranır. Cins heyvanlar daha çox Avropadan gətirilir. Onlar diqqətlə seçilir, bütün şəcərəsinə baxılır. Hərraca çıxarılan heyvanların qulaqlarında birkalar olacaq və onlarda heyvanlarla bağlı bütün məlumatlar öz əksini tapacaq”, - “Aqroservis” rəsmisi qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay