Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycana sıçrayan qrupların qarşısını almağa qadirik“


Komitə sədri Azərbaycanda nurçulara qarşı mübarizədən danışıb


“Türkiyəyə səfərim çərçivəsində bir sıra rəsmi şəxslər və dini qurumların rəhbərləri ilə görüşlər keçirdim. Gəldiyim qənaət odur ki, Türkiyədə aşırı dini qruplara qarşı mübarizə yüksək səviyyədədir”.

 “Report”un xəbərinə görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyədə aktivləşən “paralel yapı” (nurçular) dini cərəyanının Azərbaycanda da qanadının fəaliyyət göstərməsi və buna qarşı mübarizə məsələsindən danışarkən deyib.

Komitə sədri bildirib ki, 80 milyon əhalisi olan Türkiyədə hər hansı dini qruplaşma meydan sulaya bilmir və bunun əsas səbəblərindən biri Türkiyədə dini maarifçilik sahəsində çoxsahəli işlərin həyata keçirilməsidir: “Türkiyədəki “paralel yapı” məsələsi ilə bağlı oranın hökuməti müəyyən addımlar atır. O cərəyanın uzantılarının Azərbaycana gəlməsi barədə də məlumatlar ictimaiyyətdə yayılır. Lakin Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik var və bu kimi kənar ölkələrdən Azərbaycana sıçrayan, ölkəyə müdaxilə etmək istəyən qrupların qarşısını almağa qadirik. Bu cür qrupların Azərbaycanda dərin kök atması mümkün deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar