Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana qarşı təxribat törətmiş erməni idmançı cəzalandırılıb


Rusiyanın ən iri promouter şirkəti olan “Fight Nights GLOBAL” separatçı “DQR” bayrağını qaldıran erməni əsilli rusiyalı idmançı Vartan Asatryanla müqaviləni ləğv edib


  APA-nın xəbərinə görə, bu barədə məlumat şirkətin saytında dərc edilib.
 
“Vartan Asatryana kontraktın ləğv olunması barədə rəsmi bildiriş göndərilib. Müqavilənin ləğvinə səbəb etik normaların pozulması olub. Belə ki, Asatryan geyimində siyasi məzmunlu simvolikadan istifadə edib. İdmançılarla imzalanan müqavilələrdə belə məsələlərlə bağlı bənd lər var. İdmançılar  həmin şərtlərə  mütləq şəkildə riayət etməlidirlər”, - deyə məlumatda bildirilir.  
 
“Fight Nights GLOBAL”ın prezidenti Kamil Hacıyev qərarı şərh edərkən qeyd edib ki, digər xalqların nümayəndələrinə hörmətsizlik göstərmək yolverilməzdir: “siyasi xarakter daşıyan və insanların hisslərini təhqir edən ifadələr və hərəkətlərə yol verən idmançılar cəzalanmalıdırlar. Bütün bu cür hallar ekspert komissiyası tərəfindən araşdırılacaq”.    
 
Qeyd edək ki, erməni əsilli rusiyalı idmançı Vartan Asatryan fevralın 23-də “FIGHT NIGHTS GLOBAL 59” turnirində azərbaycanlı idmançı Elnar İbrahimov üzərində qələbə qazandıqdan sonra səhnəyə separatçı “DQR” bayrağını qaldırıb. Bundan başqa, separatçı rejimin simvolikası onun geyimində də əks olunub.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ən çox oxunanalar