Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 22 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 22 il ötür.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 1999-cu ilin aprelin 30-da Müdafiə Nazirliyinin nəzdində qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak edib.

Xüsusi Təyinatlıların formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri də xüsusi rol oynayıb.

29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradılıb. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak edib.

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad edib. Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan xüsusi təyinatlıları Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar.

Məlumat üçün bildirək ki, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Hikmət Mirzəyevdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik edib.

10 dekabr tarixində isə Azərbaycanın şanlı zəfərinə həsr olunmuş paradda Böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribuna önündən keçiblər. Üç kolondan ibarət parad heyətinə Hikmət Mirzəyev başçılıq edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar