Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkiyənin “HAKİM” layihəsi... - Ermənistanın hava məkanını tam nəzarət olacaq?

Türkiyə və Azərbaycan “HAKİM” birgə komandanlıq mərkəzi yaratmağa qərar veriblər...

Hərbi-ekspert: ““HAKİM” idarəetmə və nəzarət sistemi Türkiyə- Azərbaycanın vacib hərbi obyektlərinin, sənaye rayonlarının, inzibati idarəetmə mərkəzlərinin, dəniz, neft infrastrukturunun, rabitə qovşaqlarının və əhalinin hava hücumundan daha etibarlı qorunmasını təmin edəcək”.

““HAKİM” layihəsi çərçivəsində Türkiyə və Azərbaycanın hərbi hava qüvvələri həm də Ermənistanın hava məkanını tam nəzarətdə saxlaya biləcəklər”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Türkiyə və Azərbaycan “HAKİM” birgə komandanlıq mərkəzi yaratmağa qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə və Azərbaycan hava məkanının birlikdə idarə etmək üçün Hava Komandanlıq İdarəetmə Sistemi layihəsi çərçivəsində “HAKİM” birgə komandanlıq mərkəzi yaratmağa qərar veriblər. Bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.

Bəs bu layihə Azərbaycanın hava məkanının müdafiəsi üçün hansı üstünlüklər saxlayacaq və əsasən hansı ölkələrdən Azərbaycanın hava məkanını müdafiə edəcək? Həmçinin bu layihə çərçivəsində Türkiyə HHQ AzərbaycanErmənistanın hava məkanını tam nəzarətdə saxlaya biləcəkmi?

Azərbaycan və Türkiyənin növbəti birgə hərbi layihəsini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “İki qardaş ölkənin hava hücumundan müdafiə sahəsində faydalı əməkdaşlıq etməsi digər dost və müttəfiq ölkələrin də Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq layihələrinə marağını da artıracaq”.

Hazırda dünyada gedən qlobal hərbi qarşıdurmalar fonunda bir çox inkişaf etmiş ölkələrin belə hava hücumundan müdafiə sahəsində ciddi boşluqlara malik olduqlarını xatırladan ekspert bildirib ki, NATOAvropa İttifaqı birlikdə belə tək Ukraynanın hava məkanını il yarımdır tam həcmdə qoruya bilmir:

““HAKİM” idarəetmə və nəzarət sistemi Türkiyə- Azərbaycanın vacib hərbi obyektlərinin, sənaye rayonlarının, inzibati idarəetmə mərkəzlərinin, dəniz, neft infrastrukturunun, rabitə qovşaqlarının və əhalinin hava hücumundan daha etibarlı qorunmasını təmin edəcək. Bu qüvvələrin icrası üçün hər iki ölkənin müvafiq qurumları arasında intensiv qarşılıqlı əlaqələr, birgə təlimlər, təlim-tədris və döyüş hazırlığı proqramlarının uyğunlaşdırılması, o cümlədən qoşun qüvvələrin inteqrasiyası həyata keçiriləcək.

Bu sistem taktiki və əməliyyat səviyyəsindən real vaxt rejimində cari vəziyyətin idarə edilməsinə və bu proseslərə nəzarət fəaliyyətlərini həyata keçirməyə imkan verəcək. Bundan başqa Azərbaycan silahlanmasında mövcud olan, lakin Türkiyənin hərbi hava qüvvələrinə məxsus uzaq mənzilli erkən xəbərdarlıq təyyarələrinin xidmətindən də yararlana biləcək. “HAKİM” layihəsi çərçivəsində Türkiyə və Azərbaycanın hərbi hava qüvvələri həm də Ermənistanın hava məkanını tam nəzarətdə saxlaya biləcəklər.

Ədalət Verdiyev: “Bu sistem taktiki və əməliyyat səviyyəsindən real vaxt rejimində cari vəziyyətin idarə edilməsinə və bu proseslərə nəzarət fəaliyyətlərini həyata keçirməyə imkan verəcək”.

Hazırda dünyada gedən qlobal hərbi qarşıdurmalar fonunda bir çox inkişaf etmiş ölkələrin belə hava hücumundan müdafiə sahəsində ciddi boşluqlara malik olduqları hamımıza məlumdur. NATOAvropa İttifaqı birlikdə belə tək Ukraynanın hava məkanını il yarımdır ki, tam həcmdə qoruya bilmir. Belə vəziyyətdə iki qardaş ölkənin hava hücumundan müdafiə sahəsində faydalı əməkdaşlıq etməsi digər dost və müttəfiq ölkələrin də Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq layihələrinə marağını da artıracaq.

Eyni zamanda “HAKİM” layihəsi ölkələrimizin hava hücumundan müdafiə qüvvələrinin daha müasir silah sistemləri və idarəetmə avadanlıqları ilə təchiz edilməsini, həmçinin mövcud olan hava hücumundan müdafiə komplekslərinin modernləşdirilməsi də təmin edəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar