Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkiyə iş adamları Novruz bayramını birgə qeyd etdilər


Novruz bayramı ilə əlaqədar olaraq Ukraynanın Kiyev şəhərində Azərbaycan, Ukrayna və Türkiyə iş adamlarının birgə konfransı keçirilib


Bu bardə miq.az məlumat yayıb. 
 
Məlumata görə, tədbirdə öncə Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev çıxış edib.

O bildirib ki, Azərbaycan ilə Türkiyənin iri şirkətləri Ukraynada yol, tikinti və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər. 

Bu işdə Azərbaycan dövlətinin daim dəstəyini hiss etdiyini qeyd edən Ə.Əliyev növbəti illərdə də iş adamlarının fəal çalışacaqlarını bildirib. 

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır: "25 ildən artıqdır ki, 20 faiz torpağımız Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılır. Bu da iqtisadi əngəllər törədir. Amma bu çətinliyə baxmayaraq Azərbaycan son 10-15 ildə iqtisadi nailiyyətlər əldə edib, bir sıra beynəlxalq iqtisadi layihələrə imza atıb". 

O deyib ki, Azərbaycanın və Türkiyənin birgə iri layihələri regionun inkişafına, əlavə iqtisadi dividentlərin əldə olunmasına çox böyük töhfə verir. 

A.Xudiyev bildirib ki, Azərbaycan və Türkiyə iş adamları Ukraynada artıq iri layihələr reallaşdırırlar və burada onlar üçün əlverişli şərait yaradılıb. 

Ukrayna Azərbaycan və Türkiyənin strateji tərəfdaşıdır. 

Sonra çıxış edən Ukrayna Türk İş Adamları Dərnəyinin başqanı Burak Pəhlivan, Türkiyənin Ukraynadakı səfirliyinin ticarət müşaviri Haydar Koçak bu cür forumların keçirilməsinin vacibliyini qeyd ediblər. 

Bildirilib ki, dövlətlərimizin gücünü və qüdrətini artırmaq üçün birliyə və həmrəyliyə böyük ehtiyac var. 

Tədbirin sonunda Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin fəxri diplomu ilə mükafatlandırılıb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar