Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolunun ölkəmizdən keçən hissəsinə də Rusiya operatorluq edəcək?

Rusiyanın ölkəmizin ərazilərindəki dəmir yoluna nəzarət etməsi geosiyasi və strateji təhlükəsizlik baxımından Azərbaycan üçün hansı nəticələr doğura bilər?..

Politoloq: ““Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin AzərbaycanErmənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olması Azərbaycanla bağlı məsələ deyil. Çünki Azərbaycan artıq öz ərazisində, yəni Ermənistana qədər çəkiləcək dəmir yolu xəttini demək olar ki, inşa edib”.

“2023-cü ilə qədər də bu işlər Ermənistan sərhəddinə qədər tamamlanacaq. Bunu icra edən bilavasitə Azərbaycan dövlətidir, Azərbaycan şirkətləridir. Buna görə də Rusiyanın operatorluğu yalnız Ermənistan hissəsinə aid olan dəmir xəttinə bağlı olan məsələdir”.

Bu sözləri politoloq Natiq Miri AzərbaycanErmənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru Ruisyanın olması məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

“Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) AzərbaycanErmənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq. Bu barədə məlumatı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında açıqlayıb.

Rusiyanın ölkəmizin ərazilərindəki dəmir yoluna nəzarət etməsi Azərbaycanın suverenliyinə nə qədər uyğundur və belə bir addımın atılması əslində geosiyasi və strateji təhlükəsizlik baxımından Azərbaycan üçün hansı nəticələr doğura bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu dəmir yolu xətti də artıq Cəbrayıla qədər tamamlanıb”.

Əslində bunun Azərbaycanın ərazisində olan dəmir yoluna Rusiyanın nəzarəti olmadığını vurğulayan politoloq bildirib ko, nəbu Azərbaycan sərhəddindən Ermənistan sərhəddinə keçən ərazidə, yəni Mehri ərazisində inşa olunacaq dəmir yoluna aid olan bir məsələdir:

“Əslində bu Azərbaycanın ərazisində olan dəmir yoluna Rusiyanın nəzarəti deyil. Bu Azərbaycan sərhəddindən Ermənistan sərhəddinə keçən ərazidə, yəni Mehri ərazisində inşa olunacaq dəmir yoluna aid olan bir məsələdir. Bu dəmir yolunu da bilavasitə yeni şirkət icra edəcək.

“Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin AzərbaycanErmənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olması Azərbaycanla bağlı məsələ deyil. Çünki Azərbaycan artıq öz ərazisində, yəni Ermənistana qədər çəkiləcək dəmir yolu xəttinin inşasını demək olar ki, başa çatdırmaqdadır. Bu dəmir yolu xətti artıq Cəbrayıla qədər tamamlanıb.

2023-cü ilə qədər də bu işlər Ermənistan sərhəddinə qədər tamamlanacaq. Bunu icra edən bilavasitə Azərbaycan dövlətidir, Azərbaycan şirkətləridir. Buna görə də Rusiyanın operatorluğu yalnız Ermənistan hissəsinə aid olan dəmir xəttinə bağlı olan məsələdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay