Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Vardanyana görə Rusiyadan rəsmi izahat tələb etməlidir” - Ərəstun Oruclu

Qərbdən də müəyyən dəstək ala biləcək olan Vardanyan faktoru separatizmin Qarabağda daha bir müddət öz varlığını qoruya bilməsi üçün effektli ola bilərmi?..

Siyasi-şərhçi: “Ruben Vardanyanın Qarabağa köçməsi, onun Rusiya vətəndaşlığından guya imtina etməsi əsla təsadüfi deyildi”.

“Əslən qarabağlı olmayan Vardanyan Rusiya sülhməramlıları adlanan hərbi kontingentin nəzarət etdiyi ərazidə öz təşəbbüsü ilə, yaxud da qondarma lider Arayik Arturyanın şəxsi təşəbbüsü ilə bu vəzifəyə təyin oluna bilməzdi. Bu Rusiyanın ssenarisidir və bu ssenarinin bizim üçün təhlükəli tərəfi var”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Ruben Vardanyanın Qarabağda “dövlət naziri” vəzifəsinə təyin olunmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ruben Vardanyanın Qarabağdakı separatçıların liderinə çevrilməsi ilə bağlı proseslər artıq başlayıb. İki gün əvvəl eparatçıların lideri Araik Arutunyan ona “dövlət naziri” vəzifəsini təklif etdi. Hiss olunur ki, Rusiya vətəndaşlığından imtina edib qeyri-qanuni şəkildə Qarabağa yerləşdirilən Vardanyanla bağlı xüsusi plan var. Çünki Vardanyan hələ Qarabağa köçərkən onun ilk öncə “dövlət naziri”, daha sonra isə “prezident” ola biləcəyi ilə bağlı söyləntilər vardı. Arutunyanın öz rəqibinə faktiki olaraq separatçıların “ikinci adamı” postunu təklif edirsə, dem\ək ki, bu əmri o, Moskvadan alıb.

Rusiyanın çirkli pullarını yumaqla tanınan erməni milyarderin Qarabağa “transfer” edilməsi ilə bağlı Moskvanın hansı planı ola bilər və Qərbdən də müəyyən dəstək ala biləcək olan Vardanyan faktoru separatizmin Qarabağda daha bir müddət öz varlığını qoruya bilməsi üçün effektli ola bilərmi?

Rusiyanın Ruben Vardanyan ssenarini PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Vardanyanın Qarabağdan Ermənistana transfer olunması və bundan əvvəl Qarabağda möhkəmlənməsi üçün ona müəyyən uğurlar qazandırılmalıdır. Azərbaycan buna etiraz etməlidir və əslən qarabağlı olmayan bu erməni milyarderi Azərbaycan ərazilərinə buraxdığına görə Rusiyadan rəsmi izahat tələb etməlidir”.

Qərbdə Rusiyaya bağlı oliqarxların hansı kriminal bizneslə məşğul olduqlarını çox yaxşı bildiklərini vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Vardanyanın bu təyinatının ardınca, Qərb ölkələrində, ilk növbədə ABŞ-da digər rus oliqaraxlara olduğu kimi onun aktivlərinə həbs qoyulsun istisna deyil:

“Ruben Vardanyanın Qarabağa köçməsi, onun Rusiya vətəndaşlığından guya imtina etməsi əsla təsadüfi deyildi. Belə proqnozlar var idi ki, öncə onu Qarabağdakı qondarma icma hökümətinin başına gətirilsin, sonra hazırlanaraq Ermənistanda Paşinyanın yerinə transfer edilsin. Bu planlar artıq özünü göstərməkdədir. Bəs bu nə dərəcədə mümkündür? “Dövlət naziri” təyin olunan Vardanyan Qarabağda hansı uğurları qazana bilər?

Bizi bu məsələlər daha çox düşündürməlidir. Çünki heç kəsə sirr deyil ki, əslən qarabağlı olmayan Vardanyan Rusiya sülhməramlıları adlanan hərbi kontingentin nəzarət etdiyi ərazidə öz təşəbbüsü ilə, yaxud da qondarma lider Arayik Arturyanın şəxsi təşəbbüsü ilə bu vəzifəyə təyin oluna bilməzdi. Bu Rusiyanın ssenarisidir və bu ssenarinin bizim üçün təhlükəli tərəfi var. Belə ki, həmin Vardanyanı Rusiya gətirib Qarabağ separatçılarının lideri etməsi üçün ona müəyyən uğurlar qazandırmalıdır. Bu uğurlar da təbii ki, istənilən halda Azərbaycan üçün itkilər deməkdir.

Biz bunu nəzərə almalıyıq. Bir daha qeyd edim ki, Vardanyanın Qarabağdan Ermənistana transfer olunması və bundan əvvəl Qarabağda möhkəmlənməsi üçün ona müəyyən uğurlar qazandırılmalıdır. Azərbaycan buna etiraz etməlidir və əslən qarabağlı olmayan bu erməni milyarderi Azərbaycan ərazilərinə buraxdığına görə Rusiyadan rəsmi izahat tələb etməlidir. Rusiya formal baxımdan onun vətəndaşlığından imtina etmiş Ruben Vardanyana görə guya məsuliyyət daşımır. Amma əslində bütün bu prosesin arxasında duran Rusiyadır.

Ərəstun Oruclu: “Qərb bilir ki, Ruben Vardanyan kimdir və onu Rusiya hansı ssenari üçün istifadə etməyə çalışır”.

Ruben Vardanyan uzaq başı erməni diasporunda dəstək tapa bilər. Qərbdə Rusiya oliqarxların hansı kriminal bizneslə məşğul olduqlarını çox yaxşı bilirlər. İstisna deyil ki, Vardanyanın bu təyinatının ardınca, Qərb ölkələrində, ilk növbədə ABŞ-da digər rus oliqaraxlara olduğu kimi onun aktivlərinə həbs qoyulsun. Bu mənada Qərbin Ruben Vardanyana dəstək verəcəyi inandırıcı görünmür. Qərbin Ermənistanda dəstəklədiyi tək fiqur Paşinyandır. Qərb bilir ki, Ruben Vardanyan kimdir və onu Rusiya hansı ssenari üçün istifadə etməyə çalışır. Buna görə Vardanyanın Qərbdən hansısa dəstək görəcəyini heç nəzəri baxımdan da mümkün hesab etmirəm.

Vardanyandan separatizmin Qarabağda daha bir müddət öz varlığını qoruya bilməsi üçün istifadə edilməsinə də inanmıram. Ssenarinin əsas hədəfi onu Qarabağda şişirdib, qəhrəmana çevirib Ermənistanda hakimiyyətə gətirməkdir. Bu, vaxtı ilə Robert Koçaryan, ardınca Serk Sərkisyan üçün istifadə olunmuş sxemdir. Düşünürəm ki, burada yeni heç nə yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Yalçın Rəfiyev SBM komissiyasının iclasında çıxış edib

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Ən çox oxunanalar