Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra edib”

Deputata qarşı sərt ittiham...

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramının qonağı olarkən Osmanlı İmperiyası barədə səsləndirdiyi fikirlər reaksiya doğurmaqda davam edir.

Aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Araz Əlizadə Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırmış, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia etmişdi.

Qalmaqallı açıqlama Türkiyədə səs-küy doğurmuş, Modern.az-a telefon açan türkiyəli deputatlar və jurnalistlər Araz Əlizadənin səsləndirdiyi fikirlərə kəskin etirazını bildirmişdilər.

Araz Əlizadənin deputat həmkarları da məsələyə biganə qalmayıb. Deputat Məlahət İbrahimqızı həmkarı Araz Əlizadənin fikirlərinə öz etirazını ifadə edib.

“ASDP-nin sədri Araz Əlizadənin ITV-də ictimaiyyəti qıcıqlandıran, təxribat xarakterli fikirləri dövlətimizin qurucusu Heydər ƏliyevPrezidentimiz möhtərəm cənab İlham Əliyevin “Bir Millət İki Dövlət” siyasətinə tamamilə ziddir və kökündən yanlışdır. Yeganə missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində deyil.Görünür o mənsub olduğu Aryan irqi demək əvəzinə Hind-Avropa irqi deyir ki, belə bir irq də mövcud deyildir. Hind-Avropa dil qrupu və ya ailəsi var orada Azərbaycan dili aid deyil. Bu coğrafiyada Aryan irqinə yalnız farslar, ermənilır özlərini aid edirlər və ali irq hesab edirlər. Görünür Araz Əlizadə də belələrindədir”.

Məlahət İbrahimqızı Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb, bununla belə, insanlarlın hissiyatına toxunmağı qəbuledilməz hesab edib.

Azərbaycan xalqı irqçi deyil və dünyaya tolerantlıq və multikultural dəyərləri ilə nümunədir. Biz bununla da fəxr edirik.Bizim ölkəmizdə yaşayan bütün xalqlar bir biri ilə qardaşdır. Amma kimsəyə də təxribat xarakterli fikirlər səsləndirməklə insanların hissiyyatına toxunmağa əsas verilmir”.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar