Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib

8 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik edib. Komissiyanın iclasına Litva tərəfindən xarici işlər naziri Qabrielius Landsberqis həmsədrlik edib. İclasda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb. Ali və yüksək səviyyəli səfərlərin, mütəmadi görüşlərin münasibətlərin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb. Çıxışında nazir Ceyhun Bayramov post münaqişə dövründə münaqişədən zərər çəkmiş ərazilərinin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən səylər barədə məlumat verib. Litva şirkətləri və investorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrdə iştiraka dəvət edilib. Çıxış zamanı həmçinin münaqişədən zərər çəkmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma fəaliyyətləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmini üçün əsas maneə olduğu vurğulanıb, mina təhdidi ilə mübarizədə Litva tərəfinin əməkdaşlığına ümidvarlıq ifadə olunub. Çıxışda ticarət və investisiya, enerji təhlükəsizliyi və enerji keçidi, bağlantılar və informasiya texnologiyaları, aqrobiznes, təhsil və mədəni sahələrdə mübadilə də daxil olmaqla digər müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq üçün geniş imkanların mövcudluğundan bəhs edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaranmaqda olan nəqliyyat qovşağı və Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün öz müsbət rolunu oynayacağına və regiondaxili ticarətə təkan verəcəyinə əminlik ifadə olunub. Çıxışında Nazir ölkəmizin Aİ ilə enerji dialoqundan söz açaraq yaşıl elektrik enerjisi şəbəkəsinin Aİ ilə enerji dialoqumuzun mühüm hissəsi olduğunu bildirib, bu istiqamətdə icra edilən layihələrdən bəhs edib. Azərbaycanda bərpa olunan enerjiyə keçid layihələrində Litva şirkətləri ilə əməkdaşlıq etmək üçün geniş imkanların olduğunu vurğulayıb. İclasın sonunda bağlanış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Hökumətlərarası Komissiyanın iclasının iki ölkə üçün yol xəritəsinə rəhbərlik etmək və təkan vermək üçün müntəzəm institusional dialoq mexanizmi kimi əhəmiyyətini vurğulayıb, hər iki ölkədən olan maraqlı tərəflərin ikitərəfli marşrutun əlavə dəyərli sahələrində dialoqu və əlaqələri davam etdirəcəyinə əminlik ifadə edib. Komissiyanın iclası zamanı Azərbaycan və Litvanın aiddiyyəti qurumlarının rəsmiləri çıxış edib, qurumlararası ikitərəfli görüşlər keçirilib, tədbirin sonunda Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Ən çox oxunanalar