Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Kuboku: "Neftçi" tarixində 11-ci dəfə finala yüksəlib - Yenilənib

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib...

“Report”un məlumatına görə, yarımfinal mərhələsində “Turan Tovuz”u üstələyən “Neftçi” tarixində 11-ci dəfə həlledici görüşdə iştirak hüququ əldə edib.

Bir həftə əvvəl Tovuzda 0:1 hesabı ilə məğlub olan “ağ-qaralar” doğma azarkeşləri önündə keçirdiyi cavab matçının son dəqiqələrində vurduğu iki cavabsız qol sayəsində qələbə qazanaraq finala adlayıb.

Paytaxt təmsilçisi görüşün ilk dəqiqələrində rəqibin qapısına yol tapsa da, VAR-ın müdaxiləsindən sonra qol hesaba alınmayıb. Bakılıların birinci hissədəki cəhdləri nəticə verməyib. Tovuz təmsilçisi son dəqiqələrə qədər rəqibin təzyiqinə tab gətirməyi bacarıb. Hətta "Neftçi"nin daha bir qolu baş hakimin epizoda VAR-da baxmasından sonra ləğv edilib.

Buna baxmayaraq, paytaxt klubu matça əlavə edilmiş dəqiqələrdə ardıcıl iki dəfə fərqlənib. Əvvəlcə 90+3-cü dəqiqədə Emin Mahmudov cərimə zərbəsini dəqiq yerinə yetirib. Üç dəqiqə sonra isə Kenni Sayef "Neftçi"ni finala daşıyan qola imza atıb.

Bakı klubunun finaldakı rəqibi aprelin 27-də baş tutacaq "Səbail" – "Qəbələ" görüşündə müəyyənləşəcək. Bu komandaların Qəbələdəki ilk duelində eyniadlı komanda 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü iyunun 3-də "Bakcell Arena"da təşkil olunacaq.

***

"Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələcək "Neftçi" və "Turan Tovuz"un start heyətləri açıqlanıb.

Poliqon.info Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaydi Pusi
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 2. Roderik Miller, 17. Natan Oduva, 24. Divayn Naa, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

"Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Tovuzdakı ilk matçda Ayxan Abbasovun baş məşqçi olduğu komanda 1:0 hesablı qələbə qazanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Zavoddakı faciədə həyatını itirən Turalın qonşusu: “Ev aldığı üçün sevinirdi” - Video

Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib

Kredit borcuna görə bankların "qara siyahı"sından necə çıxmaq olar?

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

Helikopter faciəsi ilə bağlı suallar çoxdur – İranlı ekspert

İrəvan Bakının saziş layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib

Kamal Kılıçdaroğlu Hulusi Akara təzminat ödəyəcək

Ən çox oxunanalar