Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan-İran münasibətləri yaxın gələcəkdə sabit ağır olaraq qalacaq” - Şahin Cəfərli

Bundan sonra İranın Cənubi Qafqaz siyasətinin əsas elementləri.əsas elementləri nələr ola bilər?..

Politoloq: “Belə görünür ki, Azərbaycanİran arasında qarşılıqlı etimad artıq itib. Bundan sonra iki ölkə arasındakı münasibətlərin əvvəlki səviyyəyə qayıda biləcəyinə ciddi şübhə edirəm”.

“Demək olar Azərbaycanla İran arasında gərginlik 44 günlük Qarabağ müharibəsindən sonra yarandı”.

Bu sözləri politoloq Şahin Cəfərli Azərbaycan-İran münasibətlərinin gələcəyini PİA.az.az-a şərh edərkən qeyd edib.

Tehranda səfirliyimizə olunan hücumdan sonra, artıq demək olar ki, Azərbaycan-İran münasibətləri yeni və çox gərgin müstəviyə keçib. Tehranla Bakı arasında geosiyasi və strateji fikir ayrılıqları da ortalıqdadır.

Bəs Azərbaycan İran münasibətlərinin gələcəyini necə görünür və bundan sonra İranın Cənubi Qafqaz siyasətinin əsas elementləri nələr ola bilər?

Azərbaycan-İran münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Şahin Cəfərli ilə müzakirə edib.

Şahin Cəfərli: “İran Azərbaycanın qələbəsi ilə bitən Qarabağ müharibəsindən sonra bölgədə formalaşmağa başlayan yeni geosiyasi balansı özünə ciddi təhdid kimi qiymətləndirərək artıq açıq kartlarla oynamağa başladı”.

İki dövlət arasındakı gərginliyin böyüyüb hərbi toqquşmaya çevrilə biləcəyini düşünməyən politoloq PİA.az-a açıqlamasında vurğulayıb ki, belə olmasa belə, artıq iki dövlət arasında əvvəlki dövrdə olduğu kimi nisbətən isti münasibətləri müşahidə etməyəcəyik:

“Demək olar Azərbaycanla İran arasında gərginlik 44 günlük Qarabağ müharibəsindən sonra yarandı. Bundan öncə də yaxın keçmişdə Azərbaycanın müstəqilliyi tarixinə nəzər salsaq görərik ki, iki dövlət arasında zaman-zaman müəyyən problemlər ortaya çıxırdı. Amma hər iki ölkə rəhbərliyi çalışırdı ki, bu problemlər münasibətləri pozmasın və hər iki dövlət proqmatik yanaşma nümayiş etdirirdi. Ölkə başçıları problemləri ya həll edirdi, ya da həll olunması mümkün olmayan məsələləri arxa plana atırdı və münasibətləri proqmatik anlayışla davam etdirirdilər.

Amma müharibəsindən sonrakı dövrdə artıq münasibətləri davam etdirmək mümkün olmadı. Çünki müharibədən sonra yaranmaqda olan yeni geosiyasi situasiya İran tərəfindən öz maraqlarına ciddi təhdid kimi qiymətləndirildi. Yəni İran Azərbaycanın qələbəsi ilə bitən Qarabağ müharibəsindən sonra bölgədə formalaşmağa başlayan yeni geosiyasi balansı özünə ciddi təhdid kimi qiymətləndirərək artıq açıq kartlarla oynamağa başladı. Əgər öncəki dövrdə İran Azərbaycana olan gerçək münasibətini dostluq, qardaşlıq, din qardaşlığı, məzhəb eyniliyi məsələləri ilə müəyyən qədər gizlədə bilirdisə, bundan sonra artıq gizlətməyə ehtiyac durmadı və yaxud da kartları açıq oynamağa başladığı üçün İranın bu bölgəyə və Azərbaycana münasibəti gerçək baxışı ilə bütün çılpaqlıqla ortaya çıxdı.

İran həm Zəngəzur dəhlizi ideyasını, həm də ümumilikdə Azərbaycan xarici və təhlükəsizlik siyasətini özünün maraqlarına ciddi təhdid kimi qiymətləndirdi. Bildiyimiz kimi Zəngəzur dəhlizi ideyasını gerçəkləşməsini İran bölgədə sərhədlərin dəyişməsi olaraq qəbul edir və bunu özünün qırmızı xətri elan edib. Bu qırmızı xəttin keçirilməsi durumunda hətta, bölgəyə hərbi müdaxilə edə biləcəklərinə dair işarələr də vururlar. Bundan əvvəlki dönəmdə İranın Azərbaycan sərhədlərində keçirdiyi hərbi təlimlər də əslində Azərbaycana xəbərdarlıq məqsədi daşıyırdı.

Şahin Cəfərli: “Əgər öncəki dövrdə İran Azərbaycana olan gerçək münasibətini dostluq, qardaşlıq, din qardaşlığı, məzhəb eyniliyi məsələləri ilə müəyyən qədər gizlədə bilirdisə, bundan sonra artıq gizlətməyə ehtiyac durmadı və yaxud da kartları açıq oynamağa başladığı üçün İranın bu bölgəyə və Azərbaycana münasibəti gerçək baxışı ilə bütün çılpaqlıqla ortaya çıxdı”.

Başqa bir tərəfdən də Azərbaycanın xarici siyasəti və təhlükəsizlik siyasəti, xüsusilə rəsmi Bakının Türkiyə ilə çox dərin hərbi əməkdaşlığa getməsi, eləcə də İsrail dövləti ilə həm siyasi, həm də təhlükəsizlik səviyyəsində əlaqələri dərinləşdirməsi, hansı ki, son olaraq Azərbaycan İsraildə səfirlik də açdı, bütün bunları İran öz təhlükəsizliyi baxımdan ciddi təhlükə kimi qiymətləndirdi. İranın reaksiyasını şərtləndirən əsas amillər bunlardır.

Belə görünür ki, Azərbaycanİran arasında qarşılıqlı etimad artıq itib. Bundan sonra iki ölkə arasındakı münasibətlərin əvvəlki səviyyəyə qayıda biləcəyinə ciddi şübhə edirəm. Düzdür, düşünmürəm ki, iki dövlət arasındakı gərginlik böyüyüb hərbi toqquşmaya çevrilə bilər. Belə olmasa belə, artıq iki dövlət arasında əvvəlki dövrdə olduğu kimi nisbətən isti münasibətləri yəqin ki, müşahidə etməyəcəyik.

Mən Azərbaycan-İran münasibətlərini yaxın gələcəkdə sabit ağır olaraq qalacağını düşünürəm. İki ölkə arasında ciddi bir istiləşmənin baş verəcəyi şübhə edirəm”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Ən çox oxunanalar