Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi

Xərclənən pulların təhlili lüzumsuz xərcləri azaltmağa kömək edir.

PİA.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Milli Maliyyə Araşdırmaları Agentliyi Analitik Mərkəzinin sosial-iqtisadi tədqiqatlar üzrə direktoru Yekaterina Suşko bədxərcliyin qarşısını almağın yolları barədə danışarkən bildirib.

İqtisadçının sözlərinə görə, bir çoxları son pullarını boş şeylərə xərcləyir, sonra maaş gününə qədər borc götürməli olurlar.

Ekspert bunun qarşısını almaq üçün xərc və gəlirlərin hesabatını aparmağa başlamağı və bunu bir neçə ay davam etməyi məsləhət görüb. Onun sözlərinə görə bu, nə qədər tez-tez lazımsız ödənişlər etdiyinizi və ən çox nəyə pul xərclədiyinizi izləməyə imkan verəcək.

Suşko insanların çox vaxt xərclərinin həddən artıq yüksək və ya səmərəsiz olduğunun fərqində olmadığını vurğulayıb.

İqtisadçı həm də baha olmasına baxmayaraq, ucuz olanlardan keyfiyyətcə nadir hallarda fərqlənən premium brendləri almağın nə dərəcədə əsaslı olduğunu qiymətləndirməyi də məsləhət görüb.

"Bəzən 30 rublluq su ilə 300 rubl (0,7 və 7,2 manat) dəyərində su arasında fərq olmur. Ən sadə məsləhət praktik olmaq və bahalı brendlərə alışmamaqdır. Bu bayağı səslənə bilər, lakin biz hamımız öz vərdişlərimizin qurbanıyıq", - deyə ekspert bildirib.

Suşko vurğulayıb ki, insan öz vərdişlərinin girovuna çevrilməməli və israrla istədiyini almağa çalışmalıdır, çünki maliyyə savadlılığı baxımından belə yanaşma ağlabatan deyil.

pia.az 


Etiket: Pul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar