Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayağını don vurdu, gerçək güllələrlə atışma səhnəsi çəkildi: “Fəryad” filmindən faktlar - Video

Azərbaycan kino tarixində müharibə haqqında çəkilmiş ən təsirli filmlərdən biri, bəlkə də elə birincisi Ceyhun Mirzəyevin “Fəryad”ıdır...

“Fəryad”ın mövzusu ağrılı olsa da, həm ssenarist Vaqif Mustafayev, həm də rejissor Ceyhun Mirzəyev ironiyası, yumoru filmə ayrı intonasiya gətirib.

“Fəryad” filmi Birinci Qarabağ müharibəsi zamanında çəkilsə də, ümidlə dolu filmdir. Həmçinin bu əsər real azərbaycanlı və erməni xarakterini dəqiq ifadə etməsi baxımından fərqlənir.

“Ögey ana” filmindən yaxşı tanıdığımız İsmayıl böyüyüb və indi vətəni qorumaq üçün ön cəbhədədir. “Fəryad”ın qəhrəmanı İsmayıl həm “Kəndimiz” oxuyan, həm də bacısından ötrü dağlara itburnu çiçəyi yığmağa gedib, həyatını təhlükəyə atan adamdır.

Yəni ərköyün, həmçinin saf ürəkli İsmayıl məhz belə adama, “Fəryad”da qız uşağına işgəncə verdiyi üçün erməninin üstünə qorxmadan şığıyan, qisasını almadan dincəlməyən qeyrətli kişiyə çevrilməli idi.

“Fəryad” filminin çəkilişləri zamanı Ceyhun Mirzəyev bir neçə dəfə təhlükə ilə üz-üzə qalıb. Filmdə balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və təcavüzkarı öldürür. Bu səhnədə aktyor ağacların arasında qaçdığı yerdə birdən yıxılır. Ceyhunun yıxıldığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilibmiş. Aktyor onu son anda görüb, əli ilə itələyib yıxılmasaydı, ip onun boğazını üzərdi.

Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar