Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobuslarda yaranan hədsiz sıxlıq və metronun bağlı qalması... -  Bu pandemik vəziyyətə uyğundur?

Metronun bağlı qalması yoluxma təhlükəsini azaldırmı?.. 

Sosioloq: “İctimai nəqliyyatda vəziyyət son dərəcə acınacaqlıdır”.

“Belə çıxır ki, metronun bağlanmasını təşkil edən və bu vəziyyətdə avobusların sayının artırmaq əvəzinə azaldan qüvvələr virusun sürətlə yayılmasını istəyirlər”.

Bu sözləri sosioloq Elçin Bayramlı avtobuslarda yaranan sıxlığı və metroların hələ də açılmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bir çox iş yerlərinin və məktəblərin açılması nəticəsində son günlər avtobuslarda sıxlıq son həddə çatıb. Taksilərin də qiyməti 50 faizə qədər artıb. Bakı Metropoliteninin işləməməsi də, xüsusən günün pik saatlarında avtobuslarda sıxlığın yaranmasına səbəb olur.

Bu durumda metronun hələ də açılmaması pandemik vəziyyətə necə təsir edir? Metrodakı yoluxma təhlükəsi avtobusdakı təhlükəylə müqayisədə nə qədər böyükdür ki, Operativ Qərargah metronu hələ də bağlı saxlayır? Ən əsası isə hazırda metronun bağlı qalması yoluxma təhlükəsini azaldırmı?

Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Belə görünür ki, ölkədə 2 qüvvə arasında mübarizə gedir”.

Sosial vəziyyətin ağırlaşması və taksi qiymətlərinin bahalaşması taksidən istifadə edənlərin sayınını azaldığını bildirən sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, hazırda bu üzdın icgimai nəqliyyatda acınacaqlı vəziyyət yaranıb:

“İctimai nəqliyyatda vəziyyət son dərəcə acınacaqlıdır. Virusun sürətlə yayılması və ölkəni fəlakətə düçar etməsi üçün bundan ideal vəziyyət təşkil etmək mümkün deyil. Milyonlarla sərnişin hər gün bir-birinə yapışıq, havasız yerdə gedir. Belə çıxır ki, metronun bağlanmasını təşkil edən və bu vəziyyətdə avobusların sayının artırmaq əvəzinə azaldan qüvvələr virusun sürətlə yayılmasını istəyirlər. Bunun başqa izahı yoxdur və ola da bilməz.

Sosial vəziyyətin ağırlaşması və taksi qiymətlərinin bahalaşması taksidən istifadə edənlərin sayını da azaldıb. Nəticədə, acınacaqlı vəziyyət yaranıb. Belə görünür ki, ölkədə 2 qüvvə arasında mübarizə gedir- bir qüvvə (əks-effektli qərarlar verən və metronu bağlayıb avtobuslarda sıxlıq yaradan Operativ Qərargah və bu vəziyyətdə avtobusların sayını azaldan BNA) virusun yayılmasına və ölkənin çökdürülməsinə çalışır. Digəri isə (Səhiyyə Nazirliyi və TƏBİB) virusun qarşısının almağa və ölkəni fəlakətdən xilas etməyə çalışır. Görək kim qalib gələcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar