Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropadan qovulan azərbaycanlı ilə bağlı - Şok video

Almaniyadan qovulması haqda xəbər yayılan Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Rəşad Quliyevin dələduzluğunu sübuta yetirən video redaksiyamıza təqdim olunub

PİA.az Axar.az-a istinadən xəbər verir ki, R.Quliyevin aldatdığı zərərçəkənlər – sinif yoldaşı Baba Güləhmədov və onun qayınanası, Cəlilabad rayon Göytəpə kənd sakini Şahsənəm Əşrəf qızı Ağayeva, Oğuz rayon sakini İntiqam Əliyev onun buradakı evinə - anası Dünyaxanım Məhərrəmovanın yaşadığı mənzilə gedərək, sözügedən şəxsin onlardan Almaniyada məskunlaşmaq adı ilə pul aldığını, aldatdığını və pullarını mənimsədiyini bildirirlər.

Bundan sonra Rəşadın anası oğlu ilə əlaqə yaradır və zərərçəkənlərin evə gəldiyini deyir. Rəşad isə həmin şəxsləri hüquq-mühafizə orqanları ilə təhdid edərək, dərhal evi tərk etmələrini istəyir.

Saat yarımlıq videoda (Həcmini nəzərə alaraq, kiçik hissəsini təqdim edirik - red.) İntiqam Əliyev ondan aldadılaraq alınan 13550 dollar pulun D.Məhərrəmovanın bank hesabına yatırıldığını bildirir və pulunu geri tələb edir.

Ş.Ağayeva da ondan alınan 4 min manat pulu istəyir. Ona “viza alınmasına 1.500 manat sərf olunub” dedikdə isə qadın heç olmasa, 2500 manatın geri qaytarılmasını tələb edir.

Qeyd edək ki, ötən gün Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Rəşad Quliyev Almaniyadan deport edildiyi haqda məlumat yayılıb. Almaniyadakı soydaşlarımız bildiriblər ki, R.Quliyevin Azərbaycan vətəndaşı olan şikayətçi İntiqam Əliyev və digərlərinin Almaniya XİN və Almaniya Miqrasiya İdarəsinə müraciətindən sonra deport edilməsinə qərar verilib.

Xatırladaq ki, Oğuz rayon sakini İntiqam Əliyev 2017-ci ilin yanvar ayında redaksiyamıza müraciət edərək, Rəşad Quliyevin onu aldatdığını və 12 min avro (13550 dollar) məbləğində vəsaitini mənimsədiyini bildirib.

R.Quliyev həmçinin öz sinif yoldaşı, Bakı şəhər sakini Baba Asəf oğlu Güləhmədovu da aldadaraq, 4 min manat vəsaitini ələ keçirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar