Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi ABŞ-ın təsir dairəsindən çıxa bilərmi?

Politoloq: “Trampın BMT-dəki çıxışı ABŞ-ı İran məsələsində dəstəkləməyən bütün dövlətlərə edilmiş daha bir xəbərdarlıq idi”

ABŞ - Avropa Birliyi qarşıdurmasının konkret nə qədər gərginləşəcəyini proqnozlaşdırmaq çətindir, lakin əgər ABŞ vəd etdiyi kimi noyabr ayında sanksiyaların ikinci dalğasına start versə, hansı ki, İranın neft-qaz sənayesini əhatə etməsi nəzərdə tutulur, o zaman ABŞ-AB münasibətləri daha da kəskinləşə bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ prezidenti Donald Trampın BMT TŞ-də çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezident Donald Tramp BMT-nin Baş Assambleyasının illik sessiyası çərçivəsində Təhlükəsizlik Şurasında keçirilən iclasına sədrlik edir. Müzakirələrin diqqət mərkəzində İranın Yaxın Şərqdə nüfuzu və kütləvi qırğın silahlarının yayılmaması məsələləri durur.

ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasının illik sessiyas çıxışında İranın nüvə proqramına son qoymaq üçün keçmiş prezident Obama dövrünə aid 2015-ci ildə imzalanmış nüvə sazişinin “İran liderləri üçün göydəndüşmə olduğunu” bir daha təkrar edərək, bunun “terrorizmin və Suriya və Yəməndə xaos və qırğının maliyyələşdirilməsi” üçün Tehranın hərbi büdcəsini təxminən 40 faiz artırmasına imkan verdiyini bildirib.

Tramp bildirib ki, Birləşmiş Ştatlar İranın regionda davranışını dəyişməsi məqsədilə Tehrana qarşı iqtisadi sanksiyalar kampaniyasına başlayıb. Amerika lideri deyib ki, onun administrasiyası İranla razılığa əsasən aradan qaldırılmış sanksiyaların keçən ay yenidən bərpasına başlayıb və noyabrın 5-dən sonra əlavə yeni sanksiyalar tətbiq olunacaq. Tramp həmçinin qeyd edib ki, bu sanksiyalara əməl etməyənlər ağır nəticə ilə üzləşəcəklər.

##relatedPostMilli##

Xəbər verdiyimiz kimi Avropa Birliyi artıq ABŞ-ın İrana qarşı sanksiyalarına əməl etməyəcəyini bildirib və bu sanksiyalardan yan keçə bilmək üçün yeni sxem hazırlanıb. Qeyd edək ki, ABŞ prezidenti BMT-nin Baş Assambleyasında İsrailin baş naziri Benyamin Neyanyahu ilə görüşündə AB ölkələrinin ABŞ-ın İrana qarşı sanksiyalarına əməl etməyə məcbur olacağını vurğulayıb.

İran ətrafında yeni situasiyada ABŞ-AB qarşıdurmasını hansı səviyyəyə qədər təxmin etmək mümkündür və hazırda yaranmış siyasi-iqtisadi bə geosiyasi situasiyanın gələcək nəticələri ilə bağlı nə demək mümkündür? Hazırda ticarət savaşları da daxil olmaqla, dünyada gedən prosseslər sonucunda Avropa Birliyi ABŞ-ın təsir dairəsindən çıxa bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “Mümkündür ki, son terror aktının məqsədlərindən biri Avropa ölkələri ilə İran arasında narazılıq yaratmaqdan ibarətdir”.

ABŞ müttəfiqi Avropadan onu bütün məsələlərdə dəstəkləməyi tələb etsə də, lakin son dövrlərdə bu həmrəyliyin daha az nəzərə çarpdığını qeyd edən politoloq Nəzakət Məmmədova əlavə edib ki, Avropa Birliyi müstəqil güc mərkəzinə çevrilmək uğrunda mübarizə aparır. Lakin Avropa Birliyinin buna yaxın zamanda nail ola biləcəyini inandırıcı hesab etmək olmaz:

“Trampın BMT-dəki çıxışı ABŞİran məsələsində dəstəkləməyən bütün dövlətlərə edilmiş daha bir xəbərdarlıq idi. Buraya AB ilə yanaşı, Rusiya, Türkiyə, Çin və başqa ölkələr daxildir. Lakin ABŞ-ın sanksiya tələbinə ən çox müqavimət göstərən Avropa Birliyidir ki, onlar hətta bununla bağlı xüsusi qanunvericilik bazası və mexanizmlər yaradıblar.

ABŞ - Avropa Birliyi qarşıdurmasının konkret nə qədər gərginləşəcəyini proqnozlaşdırmaq çətindir, lakin əgər ABŞ vəd etdiyi kimi noyabr ayında sanksiyaların ikinci dalğasına start versə, hansı ki, İranın neft-qaz sənayesini əhatə etməsi nəzərdə tutulur, o zaman ABŞ-AB münasibətləri daha da kəskinləşə bilər. Lakin İranla Avropa Birliyinin bəzi ölkələri arasında da münasibətlər bu günlərdə bir qədər pisləşib. Hətta İran Hollandiya, Danimarkadan öz səfirlərini geri çağırıb.

Eyni zamanda, İngiltərədəki səfir də məsləhətləşmələr adı ilə Tehrana çağrılıb. Bu, çox ciddi siqnaldır. Buna səbəb isə avropalıların Avropa torpağında terror törtməyən terror təşkilatlarını, o cümlədən Əl-Əhvazini terror təşkilatları siyahısına daxil etməmələridir.

Nəzakət Məmmədova: “İran məsələsi Avropanın müqavimət gücünü göstərəcək”.

Mümkündür ki, son terror aktının məqədlərindən biri Avropa ölkələri ilə İran arasında narazılıq yaratmaqdan ibarətdir. Avropa Birliyinin İranı müdafiə etməsinin qarşısını almaq üçün terror aktları törədilmiş ola bilər.

ABŞ müttəfiqi Avropadan onu bütün məsələlərdə dəstəkləməyi tələb etsə də, lakin son dövrlərdə bu həmrəylik daha az nəzərə çarpır. İran isə hələlik sonuncu fikir ayrılığı səbəbidir. Avropa Birliyi müstəqil güc mərkəzinə çevrilmək uğrunda mübarizə aparır. Lakin Avropa Birliyinin buna yaxın zamanda nail ola biləcəyini inandırıcı hesab etmək olmaz. Yəqin ki, İran məsələsi Avropanın müqavimət gücünü göstərəcək”.

Onu da qeyd edək ki, İran prezidenti Həsən Ruhani isə Baş Assambleyasında çıxışında onun ölkəsinin danışıqlar masasına güclə gətirilməyəcəyini deyib. Ruhani həmçinin Tramp administrasiyasını qlobal təsisatların işini qeyri-efektiv etməkdə günahlandırıb.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar