Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in Minsk qrupunda parçalanma müşahidə olunur - ABŞ və Fransa Rusiyadan izahat tələb edir?..

Münaqişənin həllində 30 illik vasitəçi olan Vaşinqton və Paris Dağlıq Qarabağda ədalətsiz və işğalçı tərəfi tam təmin edən status-kvo davam etdiyi müddətdə bir dəfə də olsun belə tələbkarlıq nümayiş etdirməmişdilər...

Politoloq: “ATƏT həmsədrləri başa düşməlidirlər ki, onlar münaqişəsinin nizamlayıcısıdırlar. Buna görə də həmsədr ölkələr olaraq ədalətli və balanslı siyasət aparmalıdırlar”.

“Əslində müharibə başlayandan sonra həmsədrlər ölkələrin dişsizliyi öz sözünü dedi”.

Bu sözləri politoloq Zaur Məmmədov ABŞ və Fransanın bundan sonra da ATƏT-in Minsk qrupunun həmsədrləri kimi fəaliyyətlərini davam etdirəcəklər xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri kimi fəaliyyətlərini davam etdirəcək. Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo ilə Fransa XİN rəhbəri Jan-İv Le Drianın telefon danışığı zamanı bildirilib. Eyni zamanda ABŞ və Fransa xarici işlər qurumlarının rəhbərləri Türkiyənin münaqişənin həllində artan nüfuzundan narahatlıqlarını ifadə eədərək Rusiyadan bununla bağlı izahat tələb ediblər.

Məsələ ilə bağlı Rusiya prezidentininin mətbuat katibi Dmitri Peskov bildirib ki, ehtiyac olarsa, Moskva belə bir izahatı Vaşinqton və Parisə verəcəklər. Maraqlıdır ki, Dağlıq münaqişənin həllində 30 illik vasitəçi olan bu ölkələr Dağlıq Qarabağda ədalətsiz və işğalçı tərəfi tam təmin edənstatus-kvo davam etdiyi müddətdə bir dəfə də olsun belə tələbkarlıq nümayiş etdirməmişdilər.

Qeyd edək ki, ABŞ və Fransa məhz Türliyəyə görə Rusiyadan izahat tələb etmələri onların ədalətli mövqe sərgiləyəcəyindən xəbər vermir. Əksinə Minsk qrupunun faktiki olaraq parçalandığını göstərir. Münaqişənin bu fazasında ATƏT hansı rolu oynayacaq və ümumiyyətlə ATƏT-in Minsk qrupuna ehtiyac qalıbmı?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Bir neçə dəfə Fransa rəsmilərinin Qarabağın statusunu əsas predmet kimi dilə gətirmələri, eyni zamanda Fransanın erməni xalqının yanında olduqlarını qeyd etmələri onu göstərir ki, Fransa üçtərəfli müqavilədən narahatdır və tamamilə Ermənistanın maraqlarının nəzərə alınacağı bir bəyanatın qəbul edilməsini istəyirdi”.

Fransanın prezident Emanuel Makronun və xarici işlər nazirinin qəti şəkildə ermənilərə rəğbətlərini gizlətmədiklərini nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında bildirib ki, bunun da əsas səbəbi Makronun hakimiyyəti ilə erməni diasporunun çox yaxın münasibətlərinin olmasıdır. Politoloq hesab edir ki, Parisin hazırda sərgilədiyi mövqe heç də vasitəçi mövqe deyil:

“Münaqişənin nizamlanmasında rəsmi olaraq ATƏT-in Minsk qrupu məşğul olub və məşğul olmalıdır. Lakin biz 30 il ərzində bu qurumun heç bir iş görmədiyini və süni şəkildə ermənilərin maraqlarına uyğun olan status-kvonun uzadılmasının şahidi idik. Faktiki olaraq ATƏT-in Minsk qrupu Azərbaycanı aldatmaqla məşğul idilər. Onlar hər dəfə münaqişəsinin həlli ilə bağlı Azərbaycana müxtəlif layihələr verirdi və bu təkliflər də Ermənistan tərəfindən qəbul edilmədiyi üçün status-kvonun uzadılmasına xidmət edirdi. Faktiki olaraq Minsk qrupunun da əsas işi satus-kvonun uzadılmasını seyr etmək olub.

Əslində müharibə başlayandan sonra həmsədrlər ölkələrin dişsizliyi öz sözünü göstərdi və faktiki olaraq Minsk qrupu münaqişənin nizamlanmasından kənarda qaldı. Nəticədə də bu gün 2+2 formatının daha effektli olduğunu gördük. Türkiyə və Rusiya Cənubi Qafqazda söz sahibliyini əllərinə alaraq bölgədə əsas oyunçular olduqlarını sübut etmiş oldular.

Digər tərəfdən ATƏT həmsədrləri başa düşməlidirlər ki, onlar münaqişəsinin nizamlayıcısıdırlar. Buna görə də həmsədr ölkələr olaraq ədalətli və balanslı siyasət aparmalıdırlar. Lakin təəssüflər olsun ki, Fransanın qismində həmsədr ölkəyə yaraşmayan və bərbad siyasətin şahidi oluruq. Fransanın prezident Emanuel Makron və xarici işlər naziri qəti şəkildə ermənilərə rəğbətlərini gizlətmirlər. Bunun da əsas səbəbi Makronun hakimiyyəti ilə erməni diasporunun çox yaxın münasibətlərinin olmasıdır. Görünən odur ki, axşam saatlarında badələri erməni iş adamlarının şərəfinə qaldıran Makron və onun köməkçiləri səhər yuxudan oyananda Ermənistanı necə xilas etməyin yolunu düşünürlər. Ona görə də Parisin hazırda sərgilədiyi mövqe heç də vasitəçi mövqe deyil və bu birmənalıdır.

Zaur Məmmədov: “Yaxşı olardı ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prossesindən əl çəksin”.

Həmçinin bir neçə dəfə Fransa rəsmilərinin Qarabağın statusunu əsas predmet kimi dilə gətirmələri, eyni zamanda Fransanın erməni xalqının yanında olduqlarını qeyd etmələri onu göstərir ki, Fransa üçtərəfli müqavilədən narahatdır və tamamilə Ermənistanın maraqlarının nəzərə alınacağı bir bəyanatın qəbul edilməsini istəyirdi. Hətta Fransa Türkiyə hərbiçilərinin Qarabağa gəlməsindən və münaqişədə rolunun artmasından da narahatdır.

Hər bir halda həmsədr ölkələr doğrudan da əsas söz sahibinə çevrilmək istəyirlərsə, münaqişəni nizamlamaq istəyirlərsə, bu zaman münaqişətə ədalətli və balanslı yanaşmalıdırlar. Yaxşı olardı ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prossesindən əl çəksin və Avropa İttifaqının problemləri ilə məşğul olsun. Çünki Fransa son zamanlar diplomatik qaydalara uymayan, etikadan uzaq olan bir siyasətlə məşğuldur.

Təbii ki, Azərbaycan xalqı hər şeyin fərqindədir. Hətta yaxşı olardı ki, Fransa öz daxilində olan problemlərlə məğlub olsun. Eyni zamanda da Fransa uzun illərdir daxilində olan konfisiyalar arası və etnik qruplar arasında olan münaqişələri düşünsə, yaxşı olardı”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar