Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

PİA.az-ın xəbərinə görə, bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.

Bəyanatda bildirilib ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

"Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır. Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər", - bəyanatda bildirilib. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar