Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-nın deputatı nə Assambleya, nə də ATƏT/DTİHB əvəzinə qərar qəbul edə bilməz

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının Azərbaycanda prezident seçkilərinin monitorinqi prosesində iştirak etməməsi ATƏT/DTİHB-nin müşahidə missiyasının işinə heç bir şəkildə təsir göstərməyəcək. Bunlar arasında əlaqənin olması barədə söhbətlər və ya sonuncunun seçkiləri müşahidə etməkdən imtinası üçün razılığa gəlmək ümumiyyətlə səriştəsizlikdir.

“Report” xəbər verir ki, DTİHB ötən il dekabrın 29-da Azərbaycanda missiyasına başlayıb. Seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən çox müşahidəçi, ATƏT PA-dan isə 100-ə yaxın parlamentari səsvermə prosesini izləyəcək.

Hər bir təşkilatın işini qurmaq üçün özünün prosedurları var. Elə buna görə də razılaşdırılmış addımlar haqqında danışmaq yumşaq desək, müəmmalıdır. Bu haqda AŞPA-nın sıravi deputatı danışanda isə ümumiyyətlə anlaşılmaz olur.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələrin təşəbbüskarı olan almaniyalı deputat Frank Şvabe “BBC”yə müsahibəsində deyib ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün AŞPA-nı deyil, ATƏT/DTİHB-ni dəvət edib.

Onun fikrincə, ATƏT/DTİHB AŞPA missiyasının iştirakı olmadan seçkiləri müşahidə etməyə razı olmamalıdır:

“Bizim belə bir razılaşmamız var: ya birlikdə işləməli, ya da həmin ölkəyə getməməliyik. Hazırda bu məsələ ilə bağlı ATƏT ilə danışıqlar aparırıq”.

O əlavə edib ki, Azərbaycan AŞPA-nı kənarda qoyaraq, ATƏT-i dəvət etməyə üstünlük verib: “Biz buna imkan verməyəcəyik”.

ATƏT/DTİHB-nin işi ilə tanış olan Avropadakı mənbə isə deyib ki, bu ofis hazırda işini seçkilərin müşahidəsi üzrə qurur və ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyasının nəticələrinə əsasən müşahidəçilərin sayını müəyyənləşdirir.

Azərbaycanda keçiriləcək seçkilərin müşahidəsi ilə bağlı qərar artıq qəbul olunub. Azərbaycanda keçiriləcək seçkilərdə qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayı da müəyyənləşib. Seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən çox müşahidəçi, ATƏT PA-dan isə 100-ə yaxın parlamentari səsvermə prosesini izləyəcək. Buna görə də deputatın belə açıqlamaları təxribatdan başqa bir şey deyil və bu, onun səriştəsizliyini nümayiş etdirir”, - mənbə “Report”a açıqlamasında vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar