Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Araz Əlizadə məndən deputat seçkiləri üçün 1 milyon pul istəyib” — Söyün Sadıxov

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə 2015-ci ilin parlament seçkiləri öncəsi seçki təbliğatını aparmaq üçün Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovdan 1 milyon dollar pul istəyib

Bu barədə  Söyün Sadıqov özü məlumat verib.

Azərbaycanlı oliqarxın sözlərinə görə, Araz Əlizadə deputat seçildiyi təqdirdə həmin pulun müqabilində onun fəaliyyətilə bağlı Azərbaycanda geniş təbliğat işi quracağını vəd edib:
"2015-ci ilin parlament seçkiləri ərəfəsi idi. Araz Əlizadə ortaq tanışımız olan Vaqif adlı kiçik iş adamının vasitəsilə mənimlə görüşdü. Görüş zamanı Araz Əlizadə məndən xahiş etdi ki, onun seçki hazırlıqlarına sponsorluq edim və ona 1 milyon pul verim. Əvəzində isə Araz Əlizadə mənim fəaliyyətimlə bağlı geniş təbliğat işi aparacağını vəd etdi. Mən isə bununla qəti razı olmadım. Araz Əlizadəyə dedim ki, mənim Azərbaycanda təbliğ olunmağıma ehtiyac yoxdur. Mən Azərbaycan vətəndaşı deyiləm ki, orada ictimai-siyasi proseslərdə iştirak edim, təbliğ olunum və sairə. Mən buna ehtiyac olmadığını söylədim. Bu görüşun olmasına və Araz Əlizadənin məndən 1 milyon pul istəməsinə Vaqif adlı kiçik iş adamı da şahiddir".

S.Sadıqov bildirib ki, indi Araz Əlizadənin onun və "milyonerlər ittifaqı" kimi tanınan şəxslərin əleyhinə danışması məhz buradan qaynaqlanır.("Ölkə.Az")

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Ən çox oxunanalar