Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqil M.Quliyevin ölkədən çıxışına qadağa qoyuldu

Vergi borclarım toplanıb...

Tanınmış rejissor və aktyor Aqil Quliyev məhkəməyə verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, onun barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinə göndərilib.

İddiaya əsasən, aktyor Aqil Quliyev vergi borcunu bir müddətdir ödəmir. Bu səbəbdən adı çəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edir.

Şikayətə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Aqil M.Quliyev Lent.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib:

“Sənədləşmə işlərində problem yaranıb. İllərdir işləmirəm. Vergi borclarım toplanıb. Bu barədə başqa söz demək istəmirəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Ən çox oxunanalar