Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı həmsədrin gecikmiş etirafı və ya Qarabağdakı beşulduzlu otel

Bahalı restoranda şam yeməyindən sonra: “Açığı, çox-çox az şey əldə edildi”

Ötən ilin payızında başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşından əvvəl ATƏT-in Minsk Qrupunun adını mətbuatda tez-tez eşidirdik. Yerli mediada ən azı həftədə bir neçə dəfə “Minsk Qrupundan Qarabağ açıqlaması”, “Həmsədrlər atəşkəsə əməl etməyə çağırır”, “Minsk Qrupu: Münaqişənin hərbi həlli yoxdur” başlıqlı informasiyalara rast gəlirdik.

Azərbaycanın Vətən müharibəsi vaxtı da həmsədrlər ölkəmizin əleyhinə sayıla biləcək bəyanatlar verdilər. AzərbaycanErmənistan xarici işlər  işlər nazirləri ilə görüş də keçirdilər – atəşkəsin bərpa edilməsi üçün. 30 ilə yaxın müddətdə münaqişənin həlli ilə bağlı heç bir nəticə əldə etməyən həmsədrlər müharibə vaxtı da istəklərinə çata bilmədilər. Və müharibə Azərbaycanın qələbəsi ilə bitdi – erməni işğalında olan ərazilərimizin böyük hissəsini azad etdik. Həmsədrlərin vasitəçiliyi ilə yox, rəşadətli Azərbaycan Ordusunun, qəhrəman Azərbaycan əsgərinin gücü, qanı bahasına.

Həmsədrlər müharibədən sonra da Bakı və İrəvana səfərlər etdilər. Görünür, diplomatlar bundan sonra da proseslərdə iştirak etmək istəyirdilər. Azərbaycan lideri İlham Əliyevin qəbulunda olarkən, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı diplomatlara fikrini dedi: iş görəcəklərsə, bundan sonra real nəticə əldə edilməsinə səmimi şəkildə yardım edəcəklərsə, buyura bilərlər. Yəni, yekun sülh sazişində imzalarının olmasını istəyirlərsə, konkret nəticəyə uyğun fəaliyyət göstərməlidirlər. Əks təqdirdə, kobud desək: “nəyə lazımsınız?!”.

Diplomatların son səfəri də elə müharibə bitdikdən sonra etdikləri səfər oldu. Ondan bu yana nə bölgəyə səfər ediblər, nə də hansısa bəyanatlarına rast gəlirik. Hər halda fikirləşirlər, analiz edirlər.

Məlumdur ki, bundan sonrakı, yəni yekun sülh prosesində onlar iştirak etməyə can atacaqlar, bəlkə də formal da olsa, vasitəçilik edəcəklər. Amma hansı formada? Əvvəkli kimi turist səfərləri etməkləmi? Yox, bu, daha olmayacaq. Çünki nə Azərbaycan həmənki Azərbaycandır, nə də siyasi reallıq əvvəlki kimidir. Hansı ki, gəlib Bakıda bir bəyanat verəsən, İrəvanda başqa bəyanat, Xankəndinə də gedib separatçılarla çaxır içib əylənəsən.

Əyləncə demişkən, Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland maraqlı etiraflar edib. Məlumdur ki, torpaqlarımız işğalda olarkən, sülh danışıqları aparılarkən Azərbaycan ictimai-siyasi dairələrində həmsədrlər tənqid edilirdilər, fəaliyyətsizliklərinə görə qınanırdılar. Dəfələrlə bildirilirdi ki, bu diplomatlar münaqişə ilə bağlı danışıqlara əyləncə, regiona səfərə isə turistik səfər kimi yanaşırlar. Amma Minsk Qrupu belə olmadığını iddia edirdi. İndi isə etiraf edirlər – bölgəyə kefə gəlirmişlər.

Oxuyun, Hoqland “The International Conflict Resolution Center” saytında dərc olunmuş məqaləsində nə deyir: “COVID-19 pandemiyasından əvvəl biz - həmsədrlər hər altı həftədə bir bölgə ətrafında müntəzəm səfərlər edirdik. Səfir Anjey Kasprşiklə (ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, Qarabağda mütəmadi olaraq atəşkəslə bağlı monitorinq aparan qrupun rəhbəri – A.B) birlikdə İrəvan və Bakıda Ermənistanın və Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşürdük. “DQR”-in “rəsmiləri” (dırnaq işarələri bizə məxsusdur – A.B.) ilə görüşmək üçün Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən keçərək Dağlıq Qarabağa yollanırdıq”.

Diplomat daha sonra bildirir ki, həmin səfərlər zamanı beşulduzlu otellərdə qalıblar, əlavə xərc tələb etmədən xüsusi yemək otağı və bara tam giriş imkanı verən apartamentdə yaşayıblar, ən yaxşı restoranlarda yemək yeyiblər. “Ancaq açığı, çox-çox az şey əldə edildi”, - deyə Hoqland etiraf edib.

Hoqlandın etirafı bununla bitmir. Cənab diplomat onu da bildirir ki, üzdə “münaqişənin hərbi yolla həlli yoxdur”, - desələr də, əslində ürəklərində bilirmişlər ki, problem ancaq müharibə ilə çözüləcək.

Sabiq həmsədr Qarabağ münaqişəsinin diplomatik səviyyədə həllində uğursuzluqdan danışarkən, hələ o zamanlar yeganə həll yolunun müharibə olduğunu anladıqlarını söyləyib. Bildirib ki, səfərlər zamanı hər tərəfin öz mövqeyində möhkəm dayandığını və ən kiçik müvəqqəti kompromisi belə, düşünmədiyini öyrənib.

Və belə davam edir: “Bu qənaətə gəldim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə qətiyyətlə həll edəcək. Baxmayaraq ki, bu fikri heç vaxt açıq şəkildə ifadə etməmişəm. Yenə də həmsədrlərlə buna riayət etməyə davam etdik”.

Münaqişə artıq bitib. Azərbaycan Prezidentinin də dediyi kimi, Qarabağ münaqişəsi arxada qalıb. Lakin qarşıda görüləcək işlər var – Xankəndinin, Xocalının, Xocavəndin erməni terrorçu qruplarının tör-töküntülərindən təmizlənməsi. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsində Minsk Qrupu iştirak etmək istəyəcəkmi? Yenə də bildirək ki, güman ki, hə.

Minsk Qrupu özünü buraxdığını elan etməyibsə, demək, vasitəçilikdə maraqlıdır. Amma nəzərə alsınlar ki, daha beşulduzlu otellərdə qalmalar, əlavə xərc tələb etmədən xüsusi yemək otağı və bara tam giriş imkanı olmayacaq. Əvəzində isə çox-çox şey əldə etməlidirlər - 30 illik fəaliyyətsizliklərini kompensasiya edə bilməsələr də, yekun sülhdə imzalarının olması üçün. (ayna.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar