Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada 250 mənzilli binanı alıb vəfat edən azərbaycanlı kimdir...


Almaniyanın Stendal əyalətində çoxbloklu yaşayış binası iki ildir binası boş qalıb və yerli hakimiyyət binanın gələcək aqibətini müəyyənləşdirmək üzərində baş sındırır


Lakin binanın Azərbaycandan olan sahibi vəfat edib və bu səbəbdən mülkiyyət hüququnun kimdə olması məsələsi mübahisəlidir.

Virtualaz.org xəbər verir ki, bu binanın əhvalatı haqda Almaniya mətbuatı yazır.

Yerli sahibkar Otto Fassbender bu ilin fevral ayında bildirib ki, o, 250 mənzilli binanı satın almaq və onu təmir edib qaçqınların, tələbələrin, tənha qocaların ixtiyarına vermək istərdi. Lakin sənədləşdirmə ilə bağlı problemlər var. Çünki bunun üçün uzaq Azərbaycandan icazə almaq lazımdır.

Binanın sahibi vəfat edib və Türkiyədən iki qadın özünü onun varisi adlandırıb. Onlar mülkiyyətin varisi olduqlarına dair sənədləri göndəriblər. Sənədlərdə binanın sahibi kimi Türkiyə şirkəti “Raks-AG” göstərilir. Şirkət Azərbaycandan olan investora məxsusdur. Hazırda o, sağ deyil. İndi binaya dair sərəncam vermək üçün Azərbaycandan sənədlər alınmalıdır. Bu isə xeyli vaxt aparır. Sahibkar deyir ki, o, Türkiyədən olan varislərlə telefon və internetlə əlaqə saxlayırdı. Lakin bu ölkədə vəziyyət gərginləşdiyindən 14 gündür ki, onlardan xəbər yoxdur.

Bina xeyli müddətdir istifadəsizdir, kommunal xidmətlərə görə yüz minlərlə avro borcu aranıb və 2014-cü ildən içməli su təchizatı kəsilib. Daha sonra binanın işığını da kəsiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar