Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya kanslerinin də qatıldığı şənlikdə səkkiz qızın zorlandığı iddia olunur

Almaniya kansleri Olaf Şolts səkkiz qızın zorlandığı gecəyə qatılıb.

PİA.az xəbər verir ki, bu barədə “Tagesspiegel” partiya daxilindəki öz mənbələrinə istinadən yazır.

Zərərçəkmişlərə guya “nokaut damcıları” vurulduğu iddia edilir. Bu, Sosial Demokratik Partiyasının (SDP) iyulun 1-də keçirilən yay qurultayında ənənəvi şənlik tədbirində  baş verib.

Bundestaqda və seçki dairələrində SPD-nin deputatları və əməkdaşları, Almaniya kansleri Olaf Şolts da olub.

Partiyaya qatılan 21 yaşlı qız özünü pis hiss etməkdən şikayətlənib. O, tədbirdə spirtli içki qəbul etmədiyinə aydınlıq gətirib. Saat 21:30 radələrində onun halı pisləşib və başı gicəllənib. Ertəsi gün səhər o, ötən axşam baş verənləri xatırlaya bilməyib. Zərərçəkmiş xəstəxanaya çatdırılıb və polis çağırılıb. Ondan qan analizinin götürülməsi və toksikoloji ekspertizanın aparılması qərara alınıb.

Nəşr qeyd edir ki, şənliyin bir neçə iştirakçısı arasında yaddaş itkisinin səbəbi zorlama dərmanları ola bilər. Belə maddələr bəzən qurbanların içkilərinə qarışaraq onları köməksiz vəziyyətə salır. Növbəti gün qurbanlar nə baş verdiyini xatırlamaya bilərlər.

SDP nümayəndələri bütün zərərçəkmişlərdən polisə müraciət etmələrini xahiş edir və baş verənləri yoluna qoymaq üçün hər cür səy göstərəcəklərinə söz veriblər. (konkret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar