Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya Futbol İttifaqının prezidenti Məsut Özilin tərəfini tutmadığı üçün təəssüflənib

Almaniya Futbol İttifaqının (DFB) prezidenti Reynhard Qrindel milli komandanın türk əsilli yarımmüdafiəçisi Məsut Özil ilə bağlı maraqlı etiraf edib

O, komandadan ayrılan futbolçunun tərəfini tutmadığı üçün təəssüfləndiyini deyib.

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşə görə tənqidlərə məruz qalıb və 2018-ci il Dünya çempionatından sonra Almaniya milli komandasında karyerasını başa vurub.

"İrqçi hücumlara gəldikdə isə, mən bu məsələ ilə bağlı daha dəqiq mövqe tutmalı və Özilin tərəfini saxlamalı idim. Bu qəbuledilməzdir və bunu hamı bilməlidir. Təəssüf edirəm ki, Məsut özünü Almaniya Futbol İttifaqı tərəfindən atılmış hiss edib. Qeyd etmək lazımdır ki, mən onun dünya çempionatında çıxışı ilə bağlı heç nə deməmişəm. Aydındır ki, əgər biz birgə qələbə qazanırıqsa, birgə də uduzuruq. Bir futbolçunu komandanın uğursuzluğuna görə məsuliyyətli saymaq cəfəngiyyatdır", - deyə o bildirib.(Report)

pia.az


Etiket: Məsut Özil

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Ən çox oxunanalar