Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aldığınız məhsulun standarta uyğun olması necə müəyyən edilir?

Standart - hamının istifadəsi üçün nəzərdə tutulan məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edən normativ sənəddir. Bunu həm də dövlət, istehsalçı və istehlakçı arasında bağlanan müqavilə də adlandırmaq olar.

“Aldığınız məhsul standarta uyğundur” cümləsi istehlakçıda məhsulun təhlükəsiz olmasına inam yaradır. Cari ilin 11 ayı ərzində 34 dövlət standartı qəbul edilib.

Dövlət standartının ilkin layihəsini dövlət orqanları, hüquqi və ya fiziki şəxslər hazırlaya bilər. Bundan sonra həmin layihə müvafiq texniki komitəyə təqdim edilir. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilən 25-dən çox belə Texniki Komitə mövcuddur. Əsas məqam odur ki, layihəni hazırlayan tərəf onun nə qədər vacib, aktual olmasını əsaslandırmalıdır. Daha sonra 60 təqvim günü ərzində layihənin ictimai müzakirəsi aparılır. Rəylərə ən geci 1 ay müddətində baxılır. Texniki Komitədə dövlət standartları konsensus əsasında qəbul olunur. Bütün tərəflərin layihə üzrə razılığı əldə ediləndən sonra Texniki Komitə dövlət standartının qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsə təqdim edir. Yalnız bundan sonra layihənin “Standartlaşdırma haqqında” Qanunun tələblərinə uyğunluğunu yoxlanılır və dövlət standartını qəbul edilərək reyesterə daxil edir. Dövlət reyesterinə qəbul edilmiş dövlət standartı eyni zamanda Standartlaşdırma üzrə Normativ sənədlərin Dövlət Fonduna da verilir.

Hazırda Dövlət Fondunda 4 minə yaxın dövlətlərarası və minə yaxın dövlət standartı mövcuddur. Dövlət standartlarının 40 faizi beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılıb. Azərbaycan Respublikasının dövlət standartları uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemləri, neft və kimya sənayesi, aqrar və qida sənayesi, tikinti materialları, xidmət sənayesi və digər sahələri əhatə edir.

Qeyd edək ki, ölkəmiz standartlaşdırma sahəsində Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) kimi standartlaşdırma üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar