Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akkuyu AES-in açılış mərasimi keçirilib - Yenilənib, Foto, Video

Qardaş ölkə nüvə enerjisi istehsal edən azsaylı dövlətlərin sırasına qatılıb....

Türkiyədə Akkuyu atom elektrik stansiyasının açılış mərasimi baş tutub.

Mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanRusiya lideri Vladimir Putin canlı bağlantı ilə qoşulublar.

Dövlət başçılarının çıxışından sonra AES-in təslimat sənədi Türkiyəyə təhvil verilib. Bununla da, qardaş ölkə nüvə enerjisi istehsal edən azsaylı dövlətlərin sırasına qatılıb.

***

Türkiyədə Akkuyu atom elektrik stansiyasının açılış mərasimi başlayıb. Mərasimdə Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq ekspert və qonaqlar da iştirak edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanRusiya lideri Vladimir Putin mərasimə canlı bağlantı ilə qoşulublar.


***

Bu gün saat 13.30-da keçiriləcəyi açıqlanan Akkuyu atom elektrik stansiyasının açılış mərasimi gecikmə ilə saat 16.00-da baş tutacaq.

Bu barədə prezident administrasiyasından xəbər verilib.

Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanRusiya Prezidenti Vladimir Putin tədbirə onlayn qoşulacaqlar.

Qeyd edək ki, bu gün Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu AES “nüvə obyekti” statusuna qovuşur.

Birinci blokun istismara verilməsi üçün geri sayımın başladığı layihədə stansiyaya yeni nüvə yanacağının doldurulması ilə daha bir kritik mərhələnin başa çatması gözlənilir.

Ümumdünya Nüvə Assosiasiyasının rəhbəri Sama Bilbao-i-Leon bildirib ki, Akkuyu AES yeni atom elektrik stansiyalarının tikintisi üçün qlobal simvoldur və Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək.


Yanacaq təhvilindən sonra görüləcək ilkin sınaqlar və hazırlıqlardan sonra ilk aqreqatın işə salınması planlaşdırılır.

Digər üç blokun isə bir il ərzində istismara verilməsi nəzərdə tutulur.

Poliqon.info


Etiket: Akkuyu AES


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Ən çox oxunanalar