Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarovun oğluna sosial şəbəkədə hücum başlandı

Tair Tairov: “Atan dedi ki, ya 1 milyon dollar gətir, ya bu heroinlə tapança sənindi...”; Ruslan Çovdarov: “Nə zibilin var ki, sənin başına torba keçiriblər? Toyda bir-birinə heroin satanda MTN neynəməlidi?”


Fəaliyyəti ləğv edilmiş MTN-in generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarovun sosial paylaşımları ciddi müzakirə mövzusudur. 

Musavat.com xəbər verir ki, R.Çovdarov atasının məhkəməsindən hazırlanan reportaj materialını paylaşaraq, MTN generalının üzünə duran şəxsləri tənqid edib. Bu paylaşımın altında isə çox maraqlı bir şərh-cavab paylaşılıb. 

Tair Tairov adlı profil sahibi aşağıdakıları yazaraq general oğlu ilə polemikaya girib: “Çovdarov toydan adamların başına maska keçirib tutur və deyir ki, bəs sən evi dollarla satmısan. Ona görə mənə 500 min dollar ver. Kişilik budu? Terroristdi bəyəm Bakıda hamı? Hamının başına qara maska keçirib ki, vahimə yaratsın. Yetənə deyib ki, “daluva dubinka soxaram”. Kişinin dalına dubinka soxmaq kişilikdi?  Bunun adı başqadı. Çovdarov ən kişiyə yaraşmayan işlərlə məşğul olub. Hər şey də sübutdu. Sübutdan əlavə, bunu bilməyən yoxdu. Onun cəzası 15 ildi. Allah eləsin ki, elə türmədə də ölsün. Ruslan, qurban olum Allaha. Əgər Akif Çovdarov deyilənləri etməyib, hamı kimi sadəcə rüşvət alıbsa, Allah onun da balalarının da köməyi olsun, qapısını açsın. Yox, əgər eləyibsə, onda Allah onun da, onun alçaq hərəkətindən bəhrələnin də bəlasını versin. Bil! Şəxsən mənim başıma küçədə getdiyim yerdə maska keçirib MTN-ə onun yanına aparıblar. Deyib ki, xaricdə tikinti ilə məşğul olursan. Ya 1 milyon dollar gətir, ya bu heroinlə tapança sənindi. 500 min dollar verib canımı qurtarmışam. Şikayət etməmişəm. Çünki onun şefi kişilik elədi. 1 milyondan 500 minə endirdi”.

R.Çovdarovun ona cavabı isə gecikməyib. General oğlu da öz arqumentləri ilə onu haqsız danışmaqda suçlayıb: “Sən hansı kişilikdən danışırsan? Saxta profilnən oturub arvad kimi qarğış eləmək kişilikdi? Sən bir qəpik pul verəsən adama, gedib şikayət eləmiyəsən? Birincisi, sən idin indi üzə duran. Kişiliyin var şəklin olan profilnən yaz görək bir kimsən, nə zibilin var ki, sənin başına torba keçiriblər? Toyda bir-birinə heroin satanda MTN neynəməlidi?  Bu gün toydu deyə bağışlamalıdı? Narkotik satanı tutmamalıdı?  Bildi bilmədi danışır hamı”. 

T.Tairov isə geri çəkilməyib və aşağıdakıları yazıb: “Mən Eldar Mahmudovun dostuyam. Ona görə şikayət etməyəcəm. O 500 mini də Akif əl çəkmədi deyə verdim. Prigovordan (hökmdən) sonra biləcəksən”. 





pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar