Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK Avropa ölkələrini Rusiyaya qarşı sanksiyalara əməl etməməkdə günahlandırıb

Avropa Komissiyası (AK) Avropa hökumətlərini sanksiyalara məruz qalan malları Rusiyaya ixrac etdiyinə görə tənqid edib...

Poliqon xəbər verir ki, bu barədə "Politico" qəzeti Avropa İttifaqının icra orqanının məktubuna istinadən yazır.

Məktubda deyilir: "Aİ-dən sanksiyalara məruz qalan mallar əvvəlcə Aİ-yə daxil olmayan ölkələr vasitəsilə Rusiyaya daxil olur, daha sonra Rusiyaya, eləcə də blokdan kənarda məhsul istehsal edən Avropa şirkətlərinin törəmə şirkətləri vasitəsilə təkrar ixrac olunur".

Qeyd olunur ki, söhbət, bir qayda olaraq, Rusiya tərəfindən silah olmayan, hərbi məqsədlər üçün istifadə oluna bilən əşya və texnologiyalardan gedir.

Sanksiyalar Aİ səviyyəsində razılaşdırılır, lakin onların həyata keçirilməsinə üzv dövlətlərin hökumətləri cavabdehdir. Sanksiyaların icrasına Avropa Komissiyası nəzarət edir.

Bundan əvvəl Sloveniyanın xarici işlər naziri Tanya Fajon Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların yetərincə təsirli olmadığını etiraf edib. Onun fikrincə, indiki mərhələdə avropalılar elə bir vəziyyətlə üzləşiblər ki, ölkələr Rusiya məhsullarını Avropa bazarında əvəz etmək üçün səy göstərməlidirlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar