Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Evdə əsrin qalmaqalı: Trampa sevgilisindən virus yoluxub

Tramp bu günlərdə çox çətin vəziyyətdədir, ancaq yaxınlaşan seçkilər barədə düşündüyünü heç sanmıram. Bir insanın Hop Hikslə Melaniya Tramp arasında qalması, yəqin ki, çox çətindir...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 6 sentyabr 2020-ci il

ABŞ prezidenti Tramp Hop Hiks adlı bir qadınla eyni vaxtda koronavirusa yoluxduqdan sonra “Tramp bu qadının sehrindən qurtula bilmir”, başlıqlı məqaləni xatırlatmaq istədim. Aşağıdakı məqaləni 9 sentyabr 2018-ci ildə yazmışdım.

“Aylar əvvəl “Habertürk” televiziyasında bir çox qadınla münasibəti olduğu deyilən Trampın bir qadına aşiq olduğunu və onun sehrindən qurtula bilmədiyini bildirmişdim. O vaxt verilişi izləməyən bir vali məndən: “Doğrudan canlı yayımda bunu etdiniz? Amerika prezidentinin başqa bir qadına aşiq olduğunu dediniz?, deyə soruşmuşdu. Mən də bunu təsdiqlədim və ona da həmin şeyləri danışdım.

Bunlar mənim fərziyyələrim deyil, Vaşinqtonun demək olar ki, hər yerində geniş yayılmış bir şayiədir. Artıq aylar keçmiş olsa belə, vəziyyətin hələ də həll olunmadığı ortaya çıxıb.

Qadının adı Hop Hiksdir. Gözəl bir qadındır və Tramp kimi o da evlidir. “Ralph Lauren”in keçmiş modelidir və bir çox jurnalın üz qabığı üçün cazibədar fotoşəkillər çəkdirib.

Tramp bu qadını Ağ Evin kommunikasiya direktoru təyin edib. Bu iş üçün təkcə cazibədar olmaq kifayət etmədiyinə görə, Tramp onda başqa bacarıqları da üzə çıxarıb.

Həmçinin, bu qadın Ağ Evə gələn zaman bəzi qəribə hadisələr də baş verib. Bir dəfə Hop Hiks xüsusi katib Con Kellidən icazə belə almadan prezidentin otağına girib-çıxmağa başlayıb. Hamı Kellinin icazəsi olmadan otağa girə bilmədiyi halda, o, istədiyi vaxt otağa daxil olurdu. Bundan başqa, ona verilən otaq da Oval Ofisə, yəni Trampın iş otağına ən yaxın yerdə idi.

Bu münasibət Trampı məhv etdi

O günlərdə Ağ Evdəki bir əməkdaşın həyat yoldaşına qarşı zorakılıq tətbiq etməsi ilə bağlı iddialar var idi. Xüsusi katib bu hadisəni araşdırmağa başlamışdı. Araşdırmada həyat yoldaşına şiddət göstərən adamın Hop Hikslə də münasibəti olduğu ortaya çıxıb. Con Kelli də bunu prezident Trampa demək məcburiyyətində qalmışdı. Vaşinqtondan deyilənə görə, Tramp bu xəbəri öyrəndikdə çox pis olmuşdu.

Xüsusi katib Kelli həm o kişi əməkdaşın, həm də Hop Hiksin işdən çıxarılmasını tövsiyə edib. Prezident Tramp zorakılıq edən kişinin işdən çıxarılmasını tələb etsə də, Hop Hiksin qalmasını istəyib. Con Kelli də bunu etməyə çalışdı, amma bu məsələ hər kəsin dilinə düşdüyü üçün Tramp çox sevdiyi bu qadını işdən çıxarmalı oldu.

Hop Hiks

Bu yaxınlarda prezident Tramp mitinqdə çıxış etmək üçün Ohayoya gedərkən təyyarəsinə minmədən əvvəl qolf klubunda İvanka və Caredlə söhbət etməyə getmişdi. Hop Hiksin də orada olduğunu gördü, çünki Hop İvanka ilə dost olduğu üçün onu görməyə gəlmişdi. Tramp ona “mənimlə birlikdə Ohayoya gəl” deyib, Hop Hiks də razılaşıb.

“Air Force One" təyyarələrində bu cür səfərlərlə bağlı bəzi protokollar var. Aşağı rütbəli zabitlər və jurnalistlər təyyarəyə arxa qapıdan, milli təhlükəsizlik müşaviri və xüsusi katib isə prezidentlə birlikdə ön qapıdan girirlər. O gün ön qapıdan təyyarəyə minənlər arasında ağ paltarlı Hop Hiks də var idi.

Ohayodakı mitinqdən sonra yenə birlikdə qayıtdılar. Təyyarədə ikisi arasında nə söhbətlər edildiyi məlum deyil. Tramp bu barədə tweet yazmayıb. Ancaq Vaşinqtonda hər kəs Hop Hiksin tezliklə maraqlı sürprizlər etməsini gözləyir”.

Böyük qalmaqal

Köhnə yazım bundan ibarətdir. Bundan sonra isə Trampın Hiksdən, ümumiyyətlə uzaqlaşa bilmədiyi və sonda ikisinin də virusa yoluxduğu məlum olub. Virusun kimdən kimə keçdiyini bilmirik, amma bir-birlərindən keçdiyi dəqiq görünür.

İndi isə keçmişdə bu münasibətə görə dava etmiş və hətta, bir müddət Ağ Evdən çıxıb getmiş Melania Trampın nələr edəcəyinə baxmalıyıq. Melaniya Trampın tezliklə Floridaya köçməsi ilə bağlı xəbər çıxa bilər, çünki əvvəl də belə etmişdi.

Gördüyünüz kimi, Tramp bu günlərdə çox çətin vəziyyətdədir, ancaq yaxınlaşan seçkilər barədə düşündüyünü heç sanmıram. Bir insanın Hop Hikslə Melaniya Tramp arasında qalması, yəqin ki, çox çətindir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar