Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika sahillərində girov götürülən gürcüstanlı dənizçilər azad olundu

Gürcüstan hakimiyyəti may ayının əvvəlində Qabon sahillərində girov götürülən iki dənizçini azad etməyə müvəffəq olub.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bazar günü dərc olunmuş məlumatında deyilir.

“Xarici İşlər Nazirliyi, Gürcüstanın Cənubi Afrika Respublikasındakı səfirliyi və Dəniz Nəqliyyatı Agentliyinin səyləri nəticəsində mayın 21-də gürcü dənizçiləri əsirlikdən xilas ediliblər. Onlar Nigeriyada tibbi müayinədən keçirlər, sağlamlıqları qənaətbəxşdir. Dənizçilər yaxın günlərdə vətənlərinə qayıdacaqlar”, - məlumatda deyilir.

Xatırladaq ki, mayın 2-də Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi Qabonun ərazi sularında lövbər salmış gəmidən ikisi Gürcüstan vətəndaşı olan üç dənizçinin qaçırıldığını bildirib. Qaçırılan üçüncü dənizçidir Rusiyadan olan gəmi kapitanıdır. Onun sonrakı taleyi məlum deyil.

Poliqon.info 


Etiket: Girov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar