Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Abşeron rayonunda vətəndaş müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar növbəti görüşlər keçirilib...

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, Mehdiabad, Saray, Digah, Məmmədli, Ceyranbatan, Aşağı Güzdək və Qobu qəsəbələrində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsi bitdikdən sonra qısa zaman keçməsinə baxmayaraq keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışından, Qarabağda həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışan RİH başçısı bildirib ki, soydaşlarımız uzun müddət həsrətində olduqları öz dədə-baba yurdlarına bundan sonra da mərhələli şəkildə qayıdacaqlar. Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Onu da vurğulayaq ki, şəhidlik zirvəsinə ucalmış igidlərimizin və onların əmanətləri olan övladlarının doğum günlərində şəhid ailələri, o cümlədən müalicəsi davam edən Vətən Müharibəsi qaziləri RİH başçısı Abdin Fərzəliyev tərəfindən davamlı olaraq ziyarət olunur.

Qeyd edək ki, şəhid ailələri və müharibəsi iştirakçıları qəbul günlərindən asılı olmayaraq növbədənkənar istənilən vaxtda RİH rəhbərliyi ilə görüşmək imkanına malikdir və gündəlik keçirilən görüşlər zamanı onların qayğıları ilə bağlı dərhal tədbirlər görülür.

Bütün keçirilən görüşlərdə ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyi vurğulanıb. Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Fotolar

Poliqon.info


Etiket: Abşeron rayonu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Ən çox oxunanalar