Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiyanın Cənubi Qafqazdakı mövqe savaşı...

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması başqa dövlətlərin bunu necə şərh etməsindən asılı olmayaraq mümkündür...

Politoloq: “Cənubi Qafqazda sülhün əldə edilməsini və münasibətlərin düzəlməsi, regionda stabilliyin yaranması bəzi dövlətlər üçün qorxulu yuxuya çevrilib”.

“Təbii ki, ABŞ istəmir Rusiya bölgədə əsas söz sahibi olsun. Çünki Rusiyanın əsas söxz sahibi olması onun gələcəkdə də, burada özünü dominant kimi göstərməsinə gətirib çıxara bilər”.

Bu sözləri politoloq Samir Hümbətov ABŞRusiyanın Cənubi Qafqazdakı mövqe savaşını Poliqon-a şərh edərkən qeyd edib.

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına zəmin yarada biləcəyi barədə bəyanata münasibət bildirib. Millerin sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması başqa dövlətlərin bunu necə şərh etməsindən asılı olmayaraq mümkündür. Dövlət Departamentinin sözçüsü həmçinin Ankaranın bu məsələdə məhsuldar rol oynaya biləcəyinə inandıqlarını söyləyib.

ABŞRusiyanın Cənubi Qafqazdakı mövqe savaşının bir halqası olan bu bəyanat onu göstərirmi ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında davam etməkdə olan sülh danışıqlarında Moskvanın hər hansı bir şəkildə iştirakını istəmir? Eyni zamanda Ağ Ev Türkiyənin bu proseslərə daha fərqli şəkildə qoşulmasını arzulayır?

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda hər bir dövlətin, güc mərkəzlərinin münaqişəyə fərqli yanaşmaları var”.

Türkiyənin bölgədə mövqe almasının ABŞ üçün daha məqbul olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ABŞ-ın Türkiyə ilə həm də uzun illərə dayanan NATO çərçivəsində bir müttəfiqliyi var:

“Ümumiyyətlə, Cənubi Qafqazda sülhün əldə edilməsini və münasibətlərin düzəlməsi, regionda stabilliyin yaranması bəzi dövlətlər üçün qorxulu yuxuya çevrilib. Təbii ki, Rusiyaİran bu dövlətlərin arasındadır. Onlar bölgədə sülhün olmasını qəti istəmirlər. Çünki bölgədə sülhün olması onların regionda təsir dairəsinin azalmasına gətirib çıxaracaq.

Münaqişəyə fərqli yanaşmalar var. Məsələn Türkiyə münaqişəsinin tamamilə bitməsinin və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının, Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların qurulmasının, dəhlizin açılmasının tərəfdarıdır. ABŞ məsələyə öz kontekstindən baxır. ABŞ bölgədə stabilliyin olmasını ona görə istəyir ki, özü orada olsun. Yəni özünün bölgədə təsir imkanları geniş olsun və bölgəyə sülh gəlsin.

Samir Hümbətov: “ABŞ bölgədə Rusiyanın olmasındansa, Türkiyənin olmasının yaxşı olacağını fikirləşir”.

Rusiya isə bölgədə sülhün olmasını istəmir. Çünki bölgədə olacaq sülh Rusiyanın bölgədə təsir dairəsinin azalmasına gətirib çıxaracaq. Eyni zamanda Rusiya bölgədə müharibə də istəmir. Amma tərəflər arasında gərginliyin davam etməsini istəyir. Yəni Rusiya nə sülh, nə də hərbi vəziyyəti istəyir. Digər dövlətlər də Rusiyanın mövqeyindədir.

Avropa dövlətlərinin isə fərqli yanaşmaları var. Məsələn Fransa açıq şəkildə tərəf saxlayaraq Ermənistanın yanında olduğunu göstərir. Fransa münaqişəsinin həll olunmasını da istəmir. Ermənistan lobbisi, Ermənistan dövləti nə istəyirsə, Fransa da onu istəyir.

Amma İtaliya Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəkləyir. Ümumiyyətlə, Avropanın artıq 9-10 dövlətinə qədər Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsi bağladığını üçün açıq şəkildə Azərbaycanı dəstəkləyir. Ancaq digər dövlətlərdə fərqli yanaşma var. Məsələn Böyük Britaniya Avropa İttifaqından çıxıb. Amma Azərbaycana hər çür dəstəyini göstərir. Yəni Britaniya Azərbaycanın mövqeyinin haqlı olduğunu hər zaman göstərir.

Samir Hümbətov: “ABŞ bölgədə Rusiyanın təsir dairəsinin azalmasının tərəfdarıdır”.

Bütün bunlar onu göstərir ki, deməli burada hər bir dövlətin, güc mərkəzlərinin münaqişəyə fərqli yanaşmaları var. Təbii ki, ABŞ istəmir Rusiya bölgədə əsas söz sahibi olsun. Çünki Rusiyanın əsas söxz sahibi olması onun gələcəkdə də, burada özünü dominant kimi göstərməsinə gətirib çıxara bilə. Türkiyənin burada mövqe alması ABŞ üçün daha məqbuldur. Çünki ABŞ-ın Türkiyə ilə həm də uzun illərə dayanan NATO çərçivəsində bir müttəfiqliyi var.

Hesab edirəm ki, ABŞ bölgədə Rusiyanın olmasındansa, Türkiyənin olmasının yaxşı olacağını fikirləşir. Düşünürəm ki, Paşinyanın Ərdoğanın andiçmə mərasiminə getməsində də, ABŞ-ın rolu olub. ABŞ bölgədə Rusiyanın təsir dairəsinin azalmasının tərəfdarıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar