Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Qəzza zolağına hava yolu ilə humanitar yardım çatdırmaq imkanını nəzərdən keçirir

Birləşmiş Ştatlar Qəzza zolağına humanitar yardımın hərbi təyyarələrdən istifadə etməklə çatdırılması imkanlarını araşdırır, çünki yardımın quru yolu ilə çatdırılması getdikcə çətinləşir...

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı dörd amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin fikrincə, ABŞ prezidenti Co Baydenin belə bir ehtimalı nəzərdən keçirməsi Ağ Evdə anklavda, xüsusən də sektorun şimalında humanitar vəziyyətin pisləşməsi ilə bağlı narahatlığın artdığını göstərir.

Qeyd edək ki, bundan əvvəl BMT fevralda Qəzza zolağına çatdırılan humanitar yardımın həcminin yanvar ayı ilə müqayisədə iki dəfə azaldığını bildirib. Bir səlahiyyətli Axios-a bildirib ki, bu qismən Fələstin HƏMAS hərəkatının mülki polisinin fevralın əvvəlində İsrail ordusunun hücumuna məruz qaldıqdan sonra yardım ləvazimatlarını müşayiət etməyi dayandırması səbəbindən baş verib. Bu, silahlı dəstələrin humanitar yardım daşıyan yük maşınlarını qarət etməsinə şərait yaradıb.

Nəşrin mənbəsi bildirib ki, müharibənin əvvəlində ABŞ yardımın hava yolu ilə çatdırılması ideyasına şübhə ilə yanaşırdı. İsrailin Qəzza zolağına bir neçə dəfə uğurla humanitar yardım atmasından sonra Ağ Ev humanitar yardımın göndərilməsinin bu üsuluna münasibətini dəyişməyə başlayıb. Eyni zamanda rəsmilər qeyd ediblər ki, hava yolu ilə anklava çatdırıla biləcək humanitar yardımın həcmi məhduddur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

Hazırkı müxalifətin Paşinyanı devirmək üçün resursları yetərlidir?

Baqrat Srbazan: "Paşinyanla həbsxanada görüşəcəyəm"

Ən çox oxunanalar