Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ öz bəlalarını Bakıya “köçürür” – Politoloq

“ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı yer alan fikirlər həqiqəti əks etdirmir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, hesabatda səslənən iddialar əsaslandırılmır:

“Qeyd olunub ki, guya mediada və siyasi fəaliyyətdə sərt məhdudiyyətlər var. Bunu əsaslandırmaq lazımdır. Azərbaycanda həm media, həm də siyasi fəaliyyətdə şəffaflıq təmin edilib. İnsanların sərbəst toplaşma, fikir, söz azadlıqları var. Keçirilən aksiyalar da bunu təsdiq edir.

Azərbaycan tolerant ölkədir. Bu gün ölkəmizdə heç kəs din, dil, cins və ya etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmır. Lakin ABŞ-a baxdıqda biz irqçiliyin hər gün daha da şiddətləndiyini görə bilərik. ABŞ-da faktiki olaraq qaradərili insanlara qarşı ayrı-seçkilik cəmiyyətin hər sahəsində özünü radikal formada göstərir.

İslamofobiya isə hər gün ABŞ daxil olmaqla Qərb ölkələrində artır. Bütün bu və bu kimi faktlar rəsmi Vaşinqtonun mövqeyinin qərəzli olduğunu, özündə olan problemləri başqa ölkələrə yansıtdığını göstərir.

Həbsxanalarla bağlı deyilənlər də ədalətsizdir. Məncə, Azərbaycandakı ən sərt qaydaların tətbiq edildiyi həbsxana belə heç vaxt “Alkatras” kimi bir həbsxana ilə müqayisə edilə bilməz. ABŞ-da ölüm hökmünün qaldığını qeyd etmək isə hesab edirəm, onların iradının nə qədər mənasız olduğunu bir daha sübut edir”.

Turan Rzayev

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ən çox oxunanalar