Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Hərbi Sənaye Kompleksinin bitməyən iştahı - Vaşinqton və Pekin arasındakı geoiqtisadi müharibə dünyanı hara aparır?..

ABŞ-ın sonsuz müharibələrindən bəslənən Hərbi Sənaye Kompleksinin daha böyük bir düşmənə ehtiyacı var...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 28 sentyabr 2021-ci il

ABŞ-ın Hind-Sakit Okeandakı ittifaq həmlələrinin yeni bir silah yarışına səbəb olacağı açıqdır. Bu hərəkətlər geosiyasi koordinatlarda ABŞ və Çin arasında aparılan qlobal geoiqtisadi müharibənin alətləridir. Biri ortaya çıxan (Çin) və digəri isə yerləşmiş olan (Amerika) iki hegemon gücün qarşıdurması qarşılıqlı asılılıq yaradan mövcud qlobal iqtisadi sistemin əlaqələrinin yenidən qurulmasını tələb edir.

Çinin dünyanın bir çox ölkəsi ilə, xüsusən də ABŞ-la ticarət tərəfdaşlığı var. ABŞ-ın Çinə qarşı cəbhə qurması üçün əvvəlcə bu əlaqələr kəsilməlidir. ABŞ öz müttəfiqlərinin Çindən uzaqlaşmasını istəyir. Avstraliya AUKUS Anlaşması ilə ən böyük ticarət ortağı olaraq Çini deyil, ABŞ-ı seçdi. Çin isə Pekindən Avropaya uzanan “Bir Kəmər Bir Yol” layihəsi ilə ABŞ-ın strateji addımını ləğv etməyi hədəfləyir.

Geoiqtisadi müharibə mübarizənin başqa vasitələrlə davam etdirilməsidir. ABŞ prezidenti Baydenin Əfqanıstandan geri çəkilmə qərarı “sonsuz müharibələrin” bitməsi demək deyil. Baydenin: “Bizim strateji rəqiblərimiz Rusiya və Çindir. Orada əbədi qalmaq onlar üçün faydalı olardı”, deməsi Əfqanıstanın işğalının artıq çox riskli hesab olunduğunu ortaya qoyur. “Soyuq Müharibə” dövründə Sovet İttifaqının Əfqanıstana hücumu Sovet imperiyasını iflic etdi. İşğalın Sovet İttifaqının dağılmasında mühüm rol oynadığı aydındır.

ABŞ-ın terrora qarşı qlobal müharibə müstəvisindən böyük güc rəqabəti müstəvisinə keçməsi yeni “düşmən”in (Çinin) fövqəladə dərəcədə şişirdilməsini tələb edir. ABŞ-ın sonsuz müharibələrindən bəslənən Hərbi Sənaye Kompleksinin daha böyük bir düşmənə ehtiyacı var. Amerika xalqı və ABŞ-la müttəfiq olan ölkələrin xalqları “yeni düşmənə” mövzusunda razı salınmalıdırlar.

1963-cü ildə ABŞ-ın dəstəklədiyi hərbi çevriliş nəticəsində devrilən Dominik prezidenti Juan Boş “Pentaqonizm” adlı bir kitab yazmışdı. Klassik imperializmin daha qəddar pentaqonizmlə əvəz olunduğunu irəli sürən Boşa görə, kolonizasiya ediləcək ilk ölkələr və insanlar Amerika xalqlarıdır. Çünki Hərbi Sənaye Kompleksi amerikalı vergi ödəyiciləri tərəfindən maliyyələşdirilirdi.­ ABŞ-ın xaricdəki sonsuz müharibələri Amerika xalqının istismarını gözdən qaçırmaq məqsədi güdürdü.

ABŞ dövlət qurumları və generalları 20 il ərzində Əfqanıstanda hər şeyin yaxşı olduğu yalanı ilə Amerika xalqını aldatdılar. Əfqanıstanda xidmət edən bir çox general təqaüdə çıxdıqdan sonra böyük silah şirkətlərinin idarə heyətində işə götürüldü. Bəziləri müharibəni qorumaq üçün Müdafiə və Milli Təhlükəsizlik ilə əlaqədar federal idarələrə təyin edildi. ABŞ-da aparılan araşdırmalara görə, ABŞ Konqresini lobbiçilik edən ilk 20 böyük şirkətin 1/5-i silah şirkətlərini təmsil edir. Eyni şəkildə, 2001-ci ildən bəri Pentaqonun xərclərinin yarıdan çoxu bu şirkətlərə sərf edilmişdir. Pentaqonun son 20 ildə xərclədiyi pulun 14 trilyon dollara çatdığı bildirilir.

2016-cı ildə ABŞ-ın müdafiə büdcəsi 580 milyard dollar idi. 2022-ci il müdafiə büdcəsi 778 milyard dollardır. Bu rəqəm Baydenin ilin ortasında proqnozlaşdırdığında­n daha çoxdur. Demokratların çoxluq təşkil etdiyi ABŞ parlamentində yalnız 37 Demokrat və 76 Respublikaçı millət vəkili büdcəyə yox deyib. “Yox” deyən Demokratlar büdcənin çox, “yox” deyən Respublikaçılar isə büdcənin az olduğunu düşünürlər. Pekin “şahinləri” isə Çin və Rusiyanın rəsmi müdafiə büdcələrinin saxta olduğunu iddia edirlər. Buna əsasən, bu iki ölkənin real müdafiə büdcələri, ümumilikdə ABŞ-ın müdafiə büdcəsindən çoxdur.

ABŞ Müdafiə Büdcəsindəki kütləvi artım Bayden administrasiyasının sonsuz müharibələrə son qoymaq ritorikasına ziddir. Başqa bir ziddiyyət Baydenin texno-avtoritarlarla­ texno-demokratiyalar­a qarşı ritorikası ilə bağlıdır. Bayden administrasiyası ABŞ-ı “Çin modeli”ndən fərqləndirir. Politoloqlar və iqtisadçılar Çin modelini dövlət kapitalizmi adlandırırlar. “Terror səltənəti: 11 Sentyabr dönəmi Amerikanı necə çökdürdü və Trampı necə istehsal etdi” kitabının müəllifi Spenser Akerman Əfqanıstandakı müharibənin və daha geniş miqyaslı olan terrora qarşı müharibənin yalnız silah şirkətlərini zənginləşdirdiyini önə sürür. Yenə də Akermanın fikrincə, Hərbi-Sənaye Kompleksi dövlət kapitalizminin Amerika versiyasıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay