Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Əfqanıstandakı məğlubiyyəti sistemin daha dərin böhranından xəbər verir – The Wall Street Journal

Walter Russel Mead
The Wall Street Journal, ABŞ, 24 avqust 2021-ci il

“NBC News”un keçirdiyi sorğuya əsasən respondentlərin ancaq 25%-i prezidentin Əfqanıstanla bağlı qərarlarını dəstəkləyir və bunu Bayden Adminstrasiyası üçün yaxşı xəbər kimi dəyərləndirmək olar. Lakin Amerikadan kənrda Baydenə dəstək tapmaq çox çətindir. Yaranmış vəziyyətdən Şimali Atlantika Müqaviləsi üzrə müttəfiqlər dəhşət içindədirlər, Yunanıstan isə sərhəd boyunca divar tikintisini sona çatdırmaq üzrədir və bu da yeni qaçqın dalğası qarşısında bir az yüngüllük yaradır. Ərəb ölkələri həyacan, Hindistan və İsrail isə ümidsizlik içindədirlər. Çin və Rusiya isə baş verənlərə ikrahla baxırlar.

Bu, prezident Obamanın Suriyada “qırmızı xətti”nin basılması kimi adi etimad böhranı deyil. Amerika 20 il ərzində Əfqanıstana bağlılığını nümayiş etdirərək əfqan hökümətlərinin müdafiəsini öz üzərinə götürmüşdü. Əgər ordunun çıxarılması savadlı və başarılı bir şəkildə həyata keçirilsəydi, bu Sakit okean hövzəsində olan müttəqfiqlərinin gözündə ABŞ-ın nüfuzunu və avtoritetini yüksəldərdi. Əlbəttə ki, Əfqanıstan fəlakəti ABŞ ordusunun gücünə olan inamı sarsıtmayacaq. Məlumatlı xarici dairələr də yaxşı bilirlər ki, Amerikan ordusu istənilən hücumun qarşısını ala və cavab zərbəsi endirmək gücünə sahibdir. Amma bu fəlakət özü-özlüyündə daha ciddi və nəticələrinin ortadan qaldırılması daha çətin olan bir vəziyyət yaradır: indiki vəziyyət məhz ABŞ-ın uğurlu siyasət planlamaq və həyata keçirmək bacarığı üzərinə kölgə salır.

Nə bizim müttəfiqlər, nə də düşmənlərimiz hesab etmirdilər ki, Əfqanıstanda hər şey ideal olacaq. Bayden, “hər bir müharibənin sonunda müəyyən mənada xaos yaranır”, deyərkən haqlı idi. Heç digər ölkələrin rəhbərləri də Əfqanıstanda səlahiyyətlərin problemsiz ötürülməsini güman etmirdilər. Lakin onlar hesab edirdilər ki, əfqan ordusu və siyasətçiləri ilə 20 illik əməkdqaşlıqdan sonra Əfqanıstanda elə bir şərait yaradılacaq ki, ordan çıxanda ümummilli fəlakət yaranmayacaq. Onlar düşünmürdülər ki, Vaşinqton hazırlıq olmadan, birdən-birə çıxmağa qərar verəcək və bu zaman onların heç bir davranış planı da olmayacaq. Onlar gözləmirdilər ki, öz əsgərlərini Əfqanıstandan problemsiz çıxarılması üçün Bayden taliblərə yalvaracaq.

ABŞ-ın nəticələrini ortadan qaldırılması çox çətin olan ardıcı və savadlı siyasət yürüdə bilməməsi Vaşinqtona qarşı böyük inamsızlıq yaradır və paralel olaraq gələcək üçün qorxu törədir. Özü-özündən aydındır ki, Vaşinqtonun siyasi maşınının detallı planlamasını amerikan hökümətinin çox pis şəkildə həyata keçirdiyi xarici siyasət kursu korlayır. Əfqanıstandakı çıxarmanı “Nyu York Post” qəzeti hökümətin Əfqanıstandakı 20 illik ardıcıl olmayan və əlaqəsiz siyasətinin məntiqi nəticəsi olaraq “axmaq Dünkerk” adlandırıb. Nə son 20 il, nə də son iki həftə müddətində ABŞ-ın siyasi kursunu yetişdirən mürəkkəb amerikan bürokratik balet truppası müdriklik nümayiş etdirmədi.

Əgər bu böhran tez və xeyirli sonluqla bitməsə, cəmiyyətin neqativ reaksiyası daxili siyasi parçalanmanı daha da dərinləşdirəcək və Respublikaçıların müxalif mövqelərini möhkəmləndirərək Konqresdə təşəbbüsü ələ almağa imkan yaradacaq. Bir çox beynəlxalq şərhçilər hesab edilər ki, böhran davam edərsə, Trampın Ağ Evə geri dönmək şansı da artacaq.

Amerikalılar adətən xarici siyasətə özlərinin partiya mənsubiyyətindən baxırlar. Demokratlar hesab edirlər ki, yaranmış vəziyyətin səsbəbkarı Respublikaçılardır. Respublikaçılar isə əksini iddia edirlər. Xaricdə isə fərqli düşünürlər Çox saylı xarici müşahidəçilər hesab edirlər ki, qlobal problemlər – iqlim dəyişikliyi, qaçqınlar və pandemiya fonunda ABŞ Çinin, Rusiyanın və İranın çağrışlarına uğursuz cavablar verir. Son dövrün bütün ABŞ prezidentlərinin – Corc Buşun, Barak Obamanın, Donald Trampın və Co Baydenin siyasi kursu uğursuzluğa düçar olub. ABŞ-ın İraqa girməsindən Əfqanıstandan çıxışına qədər zamanı əhatə edən yeni tarixi isə hətta dostlarımız tərəfindən ardıcıl olmayan, enişə yönəlik siyasi kurs kimi dəyərləndirilir.

Tarix göstərir ki, Amerikanın dağılması haqqında kəhanətlər özünü doğrultmur. Amerikan cəmiyyətinin hələ də qoruya bildiyi güclü enerjisi, yaratmaq gücü və arzusu onu deməyə əsas verir ki, Amerikanın dağılmasını gözləyənlər bu dəfə də öz hesablarında yanılacaqlar. Onu da qeyd etməliyik ki, əgər ABŞ-ın öz gücünü itirməsi, ölkə daxilində stabilliyi təmin edə bilməməsi, müttəfiqləri və düşmənlərinin onu qərar verərkən təsir edə bilmələri haqda söyləntilər cəmiyyətimizdə özünə yer tapacaqsa, onda böhran davam edəcək.

ABŞ-ın avtoritetinə olan etimadın azalmasının qarşısını almaq üçün və etimadı yüksəltmək üçün Bayden adminstrasiyası dağıntılar içində qayda yaratmağa çalışmalı və bunun üçün bütün imkanları səfərbər etməlidir. Respublikaçılar isə, xüsusən də prezdentliyə iddialı olanlar dövlət səviyyəsində müdriklik nümayiş etdirməli və baş verənlərə sevinməməlidirlər.

Şeytani sarkazmdan imtina etmək Amerikan rəhbərliyi haqqında şübhələrə malik olan xarici dövlətlərdə yüksək rəy formalaşdırcaq. Əsas məsələ odur ki, bunu seçicini qəzəbləndirmədən və uzaqlaşdırmadan etmək lazımdır.

Böhrandan çıxdıqdan sonra Amerikanın xarici siyasətinin yenidən dəyərləndirilməsinə başlanmalıdır. Stiven Kovinin də dediyi kimi, “əməllə yaradılan problemi sözlə həll etmək mümkün deyil”. Özünə qarşı olan itirilmiş etimadı bərpa etmək üçün ABŞ ilk növbədə xarici siyasətini daha yüksək səviyəyə çıxararaq ciddiliyi və davamlılığı təmin etməlidir.

Tərcümə PİA.az-a aiddir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar