Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Abituriyent” jurnalının 2-ci nömrəsi çap olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

DİM-dən bildirilib ki, bu nömrədə 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib. Nömrədə, həmçinin 2020-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) məqaləsi, imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, cavabların "Cavab kartı" və "Cavab vərəqi"ndə qeyd olunma qaydasının izahı və sair materiallar da dərc olunub.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M., Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ən çox oxunanalar