Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2023-cü ilin birinci rübündə Rusiyanın neft gəlirləri kəskin azalıb...

Rusiyanın neft gəlirləri 2023-cü ilin birinci rübündə bir yarım dəfə azalıb. Azlmanın əsas səbəbi isə sansiyalardır...

Rusiyanın bu ilin birinci rübündə neft satışından əldə etdiyi gəlirlər 2022-ci ilin son rübü ilə müqayisədə bir yarım dəfə azalıb.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat verib. Nəşr Kiyev İqtisadiyyat Məktəbinin araşdırmasına istinadən yazır ki, azalmanın əsas səbəbi Qərb ölkələrinin tətbiq etdiyi ixrac məhdudiyyətləri olub.

Rusiyanın 2023-cü ilin birinci rübündə neft və neft məhsullarının satışından əldə etdiyi gəlir 38,8 milyard dollar təşkil edib. 2022-ci ilin son üç ayı ilə müqayisədə gəlirlər təxminən üçdə bir (15,7 milyard) azalıb. 2022-ci ilin son rübündə isə neft gəlirləri 54,5 milyard dollar təşkil edib.

Düşüşün əsas səbəblərini araşdırma müəllifləri satışın azalması və Rusiya yanacağına endirimlə bağlayırlar. Bu amillərin hər ikisi Qərbin sanksiyalarının nəticəsidir. Satışların azalması gəlirin 6,1 milyard dollar azalması ilə nəticələnib. İllik bazada xam neft satışları 12% azalıb. Rusiya endirim səbəbindən daha 5,2 milyard dollar gəlir itirib. Ötən ilin dekabrında endirim 17,4 dollar/barelə bərabər olub, martda isə 23,2 dollara yüksəlib.

İqtisadçı ekspert Benjamin Hilgenstock bildirib ki, neft embarqosu və Rusiyanın qiymət tavanı səbəbindən dəniz yolu neft satışında Avropa bazarını tamamilə itirmiş Rusiya bəzən tankerləri ünvansız yola salır.

Eyni zamanda, neftin növündən asılı olaraq onun qiymətləri də fərqlənir. Məsələn, Çin əsasən BTCO premium qarışığı alır, G-7 neft tavanı 60 dollar olmaqla barel üçün orta hesabla 71,8 dollar olub. Tədqiqatçılar qeyd edirlər ki, neftin Pekinə Uzaq Şərq limanından getdiyi üçün yüklərin 95%-i qiymət limitindən yuxarı olub. Əməliyyatların yarısı G7 və Aİ şirkətləri ilə əlaqəli gəmilərlə bağlı idi ki, bu da sanksiyalara riayət olunması ilə bağlı suallar doğurub.

Tədqiqatçılar gəlirlərin azalmasının daha dörddə birini dünya qiymətlərinin ümumi azalması ilə əlaqələndiriblər.

Enerji gəlirlərinin azalması (illik 45%) və xərclərin artması (illik 34%) Rusiyanın 2023-cü ilin birinci rübündə büdcə hədəfindən geri qalması ilə nəticələnib.

Qeyd edək ki, müharibə başlayandan bəri demək olar ki, dərhal sonra Qərb şirkətləri Rusiya neftini almaqdan imtina etməyə başladılar. Ötən ilin yazında ABŞ və Böyük Britaniya Rusiya neftinə embarqo qoyub. Dekabr ayında Avropa İttifaqı qismən embarqo və qiymət tavanı tətbiq edib. Fevral ayında Aİ neft məhsullarına da oxşar məhdudiyyətlər tətbiq edib. Xam neft üçün tavan bir barel üçün 60 dollar, dizel və benzin kimi neft məhsulları üçün 100 dollar, mazut kimi daha ucuz məhsullar üçün isə 45 dollardır.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında Rusiya büdcəsinin neft-qaz gəlirləri 45% azalaraq 1,635 trilyon rubl təşkil edib. Nazirlik bunu neftin qiymətinin aşağı düşməsi və qaz ixracının azalması ilə əlaqələndirib.

Rusiya höküməti 2023-cü ili 2,93 trilyon rubl kəsirlə başa vurmağı planlaşdırır. Eyni zamanda, hökumət ilin əvvəlindən aprelin 17-dək bütün il üçün nəzərdə tutulan vəsaitin üçdə birindən çoxunu xərcləyərək büdcəni rekord sürətlə tükədib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar