Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Payızda daha güclü dalğa gözlənilir, hazır olmalıyıq" – Rəşad Mahmudov

“İstənilən dalğanın başlanğıcı olduğu kimi sonu da olur. Sonuncu dalğa təxminən 6-7 həftədir başlayıb və ay yarımdan sonra dalğalar pik həddə çatıb, sonra sönməyə doğru gedir. Bu təkcə Azərbaycan üçün deyil, bütün dünyada belədir”.

Bu sözləri millət vəkili, kardiocərrah Rəşad Mahmudov Baku tv-də “Üzbəüz” verilişində bildirib.

O, qarşıda bizi nələrin gözləyəcəyini deyib.

“Avqust aylarında başlayan yüksəlmədə keçən ilin yayı ilə müqayisə etdikdə, əfsuslar olsun ki, rəqəmlərin 10 dəfə çox olması, bizə gələcək gedişat barədə də açıq-aydın məlumat verir. Yay ayı Azərbaycanda 4000-ü keçən rəqəmlər bizim üçün olduqca yüksəkdir.

İndi 1700-ə düşməsi dalğanın enməsini göstərir. Əmin olun ki, bu rəqəmlər günlər keçdikcə daha da düşəcək. Ölüm sayları bir az gec azalır, çünki 2 həftə əvvəl reanimasiyaya düşən xəstələrin arasında itkilər ola bilər.

Adətən, 3-4 aydan bir yeni dalğa olur və bunun yenidən baş vermə ehtimalı var. Bu hadisələrə səhiyyə və dövlət qurumları kimi, cəmiyyət də, insanlar da hazırlıqlı olmalıdır.

İnsanlar bilməlidir ki, əgər yayda belə bir rəqəmlərlə yoluxma gördüksə, payızda mövsümi olaraq, keçən ildəkinə baxdıqda, 3-4 qat daha artıq rəqəmlərlə qarşılaşa bilərik. Payızda ola biləcək böyük dalğalara hazır olmalıyıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Ən çox oxunanalar