Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Körfəzdə müharibəni başlayan biz olmayacağıq"

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib

"İran bu ölkənin nüvə proqramına dair 2015-ci ildə imzalanmış beynəlxalq sazişi xilas etmək barədə Fransanın təklifləri üzərində çalışmağa hazırdır".

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Osloda Norveç Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı bildirıb.

O, məsələyə dair sabah, yəni cümə günü Parisdə Fransa prezidenti Emmanuel Makronla ciddi söhbət etmək fikrində olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron adıçəkilən sazişi bərpa səyləri çərçivəsində ABŞ-ın İrana qarşı sanksiyalarını yumşaltmaq, yaxud sazişə doğru qayıdış yolunda İran xalqına daha yaxşı yaşamaq imkanı yaratmaq üçün təzminat mexanizmini dəstəkləməyin zəruri olduğunu bildirmişdi.

ABŞ tərəfindən Hörmüz boğazında gəmiçiliyi qorumaq üçün təhlükəsizlik missiyası yaratmaq və həmin missiyaya Böyük Britaniyanı, Bəhreyni, Avstraliyanı cəlb etmək istiqamətindəki addımlarına toxunan iranlı nazir “kiminsə bizim sulara gəlib bizi təhdid etməsinə qarşı durub kənardan baxacağımızı qoy heç kim zənn etməsin” deyə fikir bildirib.

“Fars körfəzində müharibə olacaqmı? Sizə deyə bilərəm ki, müharibəni başlayan biz olmayacağıq... lakin özümüzü müdafiə edəcəyik”, - deyə İran xarici işlər naziri vurğulayıb.

Xatırladaq ki, bu gün İran prezidenti Həsən Ruhaninin iştirakı ilə yeni “Bəvar-373” uzaq mənzilli yerüstü - hava müdafiə raket sisteminin təqdimatı keçirilib. Müdafiə naziri Əmir Hatəmi yeni sistem vasitəsilə 300 kilometr məsafədə təyyarə və başqa hədəfləri müşahidə etmək, 200 kilometrlik məsafədə isə məhv etmək imkanı yarandığını bildirib.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar