Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İnstagram"da qadınla tanış oldu, şantaj edib 13 min pul aldı - Azərbaycanda

Bakıda qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Samir İsmayılzadə barəsində olan hökmdən kassasiya şikayəti verib

PİA.az Oxu.az-a istinadən xəbər verir ki, məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir

Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Məmmədova (ad və soyad şərti) “Instagram” sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İsmayılzadə və qohumu Şəhriyar Abbasov zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

İttihama görə, həmin şəxslər qadından, ümumilikdə, 13 min manata yaxın pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Abbasov 8 il və S.İsmayılzadə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

pia.az


Etiket: İnstagram

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Ən çox oxunanalar