Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elza Seyidcahan deputat olacaqsa, kül bizim millətin başına" – Rəşid Mahmudov

"Müəllimlərin qarşısına şərt qoyub deyirlər ki,..."

"Müəllimin özünə bununla bağlı əmr verənlər var. İş tapmaq çətindi və rayonlarda müəllimlərin qarşısına şərt qoyub deyirlər ki, əgər biz dediyimiz namizədə səs verməsəniz, işdən çıxarılacaqsınız".

PİA.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov bildirib ki, ziyalı yaltaq olmamalıdır:

"Parlament seçkilərindən sonra görürəm ki, müəllimləri saxtakarlıqda ittiham edirlər, amma vallah onları da qınamalı deyil. Müəllimin özünə bununla bağlı əmr verənlər var. İş tapmaq çətindi və rayonlarda müəllimlərin qarşısına şərt qoyub deyirlər ki, əgər biz dediyimiz namizədə səs verməsəniz, işdən çıxarılacaqsınız. Buna görə də müəllim məcbur qalıb bu addımı atır. Müəllim şəxsiyyət kimi formalaşmalıdır. Mənim özümü də "sındırırlar". On beş ildir sözümü deyə-deyə gəlirəm, bu milləti mən oyatmışam. Müəllim adına bu cür ləkə vurmaq lazım deyil, bizim yaxşı müəllimlərimiz də var. Mən həmişə demişəm dövlətin də, millətin də, xalqın da sərvəti ziyalısıdır. Əgər bir ziyalı yalaqdırsa, yaltaqdırsa, it yalına hürəndirsə, vay o millətin halına".

R.Mahmudov deputat kimi görmək istəmədiyi adamların da adını açıqlayıb:
"Bizim o qədər "quzu" deputatlarımız var ki, bu günə kimi Milli Məclisdə ağzını açıb bir dəfə millətin sözünü deməyib. Hadı Rəcəbli kimi bir adamın yenidən deputat seçilməsi ayıbdır. Bunlardan başqa xalqını, vətənini istəyən bizim insanlarımız yoxdurmu? Elza Seyidcahan namizədliyini verib, iddia edir ki, mən deputat olacam. Onun kimi adam millət vəkili olacaqsa, kül bizim başımıza. A kişi, sovet hökumətini bəyənmirdik, amma onda Üzeyir Hacıbəyov, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov kimi bəstəkarlarımız var idi. Amma bizim cəmiyyətin yetişdirdiyi isə Telli Borçalı və Elza Seyidcahandır. Elzadan nə deputat olacaq? Heç belələrini efirə buraxmaq lazım deyil. Ayıbdır vallah. Elələri parlamentə namizədliyini vermişdi ki, onlara görə adam utanır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar