Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əli Kərimli xəyanətkarlığın, xalqa qarşı düşmənçiliyin bariz nümunəsidir" - Deputat

Bütün xalq bilir ki, Əli Kərimli həyatı boyu satqınlıqla, xəyanətkarlıqla məşğul olub. O, daim öz həmkarlarına, xalqa, siyasi lideri olan Əbülfəz Elçibəyə qarşı xəyanətkarlıq edib. Bu gün də öz ambulasındadır və xəyanətkarlıq missiyasını davam etdirir

Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, müxalifət düşərgəsində baş verən hadisələr Əli Kərimlinin satqınlıq və xəyanətkarlıq missiyası üçün əlverişli şərait yaradıb: "Belə ki, Müsavat Partiyasının "miqrant alveri" ilə rüsvay olması, eyni zamanda Oqtay Gülalıyevin ağır vəziyyətə düşməsi Əli Kərimlini xeyli həvsləndirib. O, yenə də xəyanətkarlıq missiyasını həyata keçirərək boşalan pozisiyaları ələ keçirməyə çalışır. Belə ki, Əli Kərimli Tofiq Yaqublunu önə çəkrək əvvəlcə Oqtay Gülalıyevin "hüquq müdafisəçisi" pozisiyasını, gələcəkdə isə Müsavat başqanlığını mənimsəmək istəyir. Əli Kərimli bu kimi pozisiyaların "ovçu"sudur. O istəyir ki, Arif Hacılını və İsa Qəmbəri də sıradan çıxararaq müxalfət düşərgəsində öz nəzarətini genişləndirsin.

Yəni Əli Kərimli başqa vaxt həmkar dediyi adamların arxasından iş çevirir, hətta Oqtay Gülalıyevin ağır vəziyyətdə olması onu zərrə qədər də geri çəkindirmir. Göründüyü kimi, Əli Kərimli üçün heç bir dəyər yoxdur, onun məqsədi, amalı yalnız xəyanət yolu ilə öz çirkin planlarını həyata keçirməkdir".

İ.Məmmədov vurğulayıb ki, belə bir adamın hakimiyyət iddiasında olması xalqın fəlakəti deməkdir: "Əslində, Əli Kərimlinin bu hərəkətlərində təəcüblü bir şey yoxdur. Əli Kərimli öz ampulasında hərəkət edir. Buna başqa ad vermək olmaz. O, xəyanətkarlığın, xalqa qarşı düşmənçiliyin bariz nümunəsidir. O öz xəyanətkarlığını bir mikrob kimi yaymağa çalışır. Əli Kərimlinin iç üzü çoxdan ifşa olunub, o, əlinə düşən fürsətdən yararlanaraq dağıdıcı fəaliyyətini həyata keçirməkdə mahir bir oyunçudur".

pia.az


Etiket: Əli Kərimli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar