Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dedi ki, qızıma övlad ver, mənim canımı al" - Video

Sevda Sanaliyeva "Evdəkilərə salam" proqramında qonaq olub...

"Üçüncü dəfə ailə qurmaram. Oğlum da, qızım da artıq böyükdür. Onların qarşısına nə deyib başqasını çıxararam? Mənim hər şeyim, həyat yoldaşım, qardaşım, sevdiyim, atam oğlumdur". Qaynarinfo xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva "Evdəkilərə salam" proqramında deyib. O, anasının nəvə sevincini yaşaya bilmədiyini bildirib:

"Həkimlər mənə burada və xaricdə demişdilər ki, heç vaxt övlad sahibi olmayacağam. Diaqnoz bu idi. Çox pis olmuşdum. Anam da biləndə çox məyus oldu. Xəstəliyi ağırlaşırdı. Həmişə deyirdi ki, qocalanda sənə kim baxacaq?

Mən müalicə almağa başlayanda gördü ki, çox əziyyət çəkirəm. Bir gün dedi ki, Allahım, qızıma övlad ver və mənim canımı al. İki dəfə bu duanı etdi. Bunun üstündə onunla dalaşdım. Dedim ki, sənsiz heç nə istəmirəm. Onun duası qəbul oldu. Ailə həyatı qurdum və sonra anam daha da ağırlaşmağa başladı. Onda bildim ki, hamiləyəm. Oğlum dünyaya gəldi və qırxı çıxandan sonra anam dünyasını dəyişdi. O sevinci yaşaya bilmədi, nəvəsini qucağına almadı.

Yəqin ki, yaxşı övlad olmuşam, Övladlarıma qarşı da beləyəm. Heç vaxt özümü birinci yerə qoymaram. Özümə nəsə alanda vicdan əzabı çəkirəm. Yoxluğu çox görmüşəm, yəqin ki, buna görədir".

Qeyd edək ki, müğənninin anası Rəhilə Həmidova xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar