Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu, Prezidentin hərbiçilərə olan diqqətinin ən bariz nümunəsidir"

"Hərbiçilərin böyük əksəriyyəti üçün yeni şəhərciklər salınıb"

"Dövlət başçısı İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq hər zaman Azərbaycan ordusuna diqqət və qayğı göstərir”.

Bunu "Sherg.az”a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnik bəyan edib ki, dövlətin diqqət və qayğısı sayəsində ordumuz dünyanın inkişaf etmiş ən güclü 50 ölkəsi arasında yer alıb:

"Silahlı Qüvvələrimiz ən yeni hərbi texnika, silah-sursatla təmin olunub. Hərbiçilərin böyük əksəriyyəti üçün yeni şəhərciklər salınıb. Orduda xidmət edən əsgəri heyətin ailə-məişət vəziyyəti də xeyli yaxşılaşıb. Ali Baş Komandanın məqsədi odur ki, hərbiçilər içərisində bir nəfər də olsun evsiz-eşiksiz qalmamalıdır. Dövlət başçısı məzh bu prinsip əsasında ötən gün Sabunçu rayonu ərazisində bir qrup hərbiçi ailəsinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib”.

Ş.Ramaldanov bəyan edib ki, hərbi qulluqçulara verilən mənzillər sadəcə hazırda xidmətdə olanlara deyil, eyni zamanda ehtiyatda olan zabitlərə də verilir:

"Həmçinin, mənzillər tam təmirli olur. Bunun özü cənab Prezidentin böyüklüyünün və hərbiçilərə olan diqqətinin ən bariz nümunəsidir. Şübhəsiz ki, bu proses hələ davam edəcək. Ali Baş Komandanın mərasimdə şəxsən iştirak etməsi, hərbçi ailələri ilə birbaşa görüşməsi dövlət başçısının bu sahəyə olan qayğısının təzahürüdür.

Azərbaycan ordusunun mənsubları da bu cür dövlət qayğısından irəli gələrək öz peşəkar fəaliyyətlərini və döyüş qabiliyyətlərini artırırlar”.

Qeyd edək ki, bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərlə görüşüb. Dövlət başçısı yeni mənzillərin verilməsi mərasimində iştirak edən hərbçilər və onların ailə üzvləri ilə söhbət edib. Prezident bildiribi ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl müvafiq Fərman imzalanıb. Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir: "Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir. Azərbaycan nadir ölkələrdəndir ki, belə proqram icra edilir. Bu, bir daha dövlətimizin hərbi qulluqçulara göstərdiyi böyük diqqətin təzahürüdür, bunun nümunəsidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Ən çox oxunanalar